/ / Ölkəmizdə milli mətbuatın inkişafı və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır
Ölkəmizdə milli mətbuatın inkişafı və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır
29.07.2017 [10:52]
Media nümayəndələri jurnalistlər üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsinin və üçüncü binanın təməlinin qoyulmasının Azərbaycan dövlətinin KİV-ə yüksək diqqət və qayğısının təzahürü olduğunu bildirirlər
Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bina bu ilin iyulunda jurnalistlərə təqdim olundu. Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Onlardan 9-u birotaqlı, 144-ü ikiotaqlı, 93-ü üçotaqlı və 9-u dördotaqlı mənzillərdir.
Ölkə Prezidentinin yüksək humanizminin ifadəsi olan jurnalistlərə mənzillərin paylanması prosesi olduqca şəffaf keçirilib. Mənzillərin bölüşdürülməsi ilə bağlı parametrlər əvvəlcədən müəyyənləşdirilib və ümumi proses boyunca bu parametrlərə tam əməl edilib. Ən son mərhələdə isə mənzillərin püşk yolu ilə paylanması prosesin tam ədalətli şəkildə aparılmasının daha bir sübutuna çevrildi. Media mənsubları da prosesin şəffaf və ədalətli şəkildə keçdiyini təsdiqləyir və öz sevinclərini bölüşürlər.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova Milli Mətbuat günü ərəfəsində jurnalistlərə mənzillərin hədiyyə olunmasını əlamətdar hadisə adlandırıb. S.Seyidova bildirib ki, dünya praktikasında jurnalistlərin dövlət tərəfindən təmənnasız mənzillə təmin olunması təcrübəsi yalnız Azərbaycana məxsusdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman jurnalistlərin yaxın dostu olduğunu söyləyən S.Seyidova bildirib ki, ötən dövr ərzində Azərbaycan mətbuatının inkişafı istiqamətində mühüm addımlar atılıb: “İyulun 20-də 255 jurnalistə yeni mənzilin verilməsi də ölkə rəhbərinin jurnalistikamızın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının növbəti nümunəsidir. Cənab Prezidentimiz 255 jurnalistlə bərabər həmin şəxslərin ailələrini, yaxınlarını sevindirib. Mənzil alan hər bir jurnalist dövlət başçısına dərin minnətdarlığını bildirir. O cümlədən də yeni tikilmiş binada mənzillə təmin olunan jurnalistlərdən biri də mənəm. Digər həmkarlarımla bərabər Prezidentimizə minnətdarlığımızı bildiririk. Mənzillərin paylanması prosesi olduqca şəffaf və ədalətli şəkildə baş tutdu. Bölgülərdə qeyd olunan kriteriyalara və normativlərə riayət olundu. Təbii ki, mənzillərin sayı 255, iddia edən jurnalistlərimizin sayı isə daha çox idi. Prosesin davamlı olacağını nəzərə alsaq, digər həmkarlarımız da gələn binadan mənzillə təmin olunacaq. Cənab Prezidentimiz jurnalistlər üçün tikiləcək üçüncü binanın təməlini qoydu. İnanırıq ki, yaxın illərdə həmin binanın da açılış mərasimi olacaq və daha 255 həmkarımız mənzillə təmin olunacaq. Biz media nümayəndələri də dövlətimizin bizə göstərdiyi etimadını doğrultmağa, azad sözün qorunması, mətbuatımızın inkişafı üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacağıq. Bir daha ölkə Prezidentinə, o cümlədən bu prosesdə zəhməti olan şəxslərə təşəkkürümü bildirirəm”.
“Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov Azərbaycan dövlətinin mətbuata verdiyi dəstəyin yüksək səviyyədə olduğunu dilə gətirib. Onun sözlərinə görə, qəzetlərə maliyyə yardımının ayrılması, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı addımların atılması böyük humanizm göstəricisidir. Q.Bayramov vurğulayıb ki, bu il qeyd etdiyimiz Milli Mətbuat Günü Azərbaycan jurnalistləri üçün xüsusilə əlamətdar oldu: “Bu bayramda qəzetlərimz və jurnalistlərimiz böyük sevinc yaşadı. Prezidentimiz qəzetlərə birdəfəlik yardım üçün maliyyə ayırdı, eləcə də 255 jurnalistimiz evlə təmin olundu. Azərbaycan dövlətinin 255 jurnalistin mənzillə təmin olunması qərarı hər birimiz tərəfindən sevinclə qarşılandı. Fürsətdən istifadə edib Azərbaycan jurnalistlərinə göstərdiyi bu diqqətə və qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Prosesin əvvəldən sona kimi şəffaf və ədalətli aparılmasına heç bir şübhə ola bilməz. Təqdim olunan sənədlər istər KİVDF, istərsə də Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən diqqətlə yoxlanılıb və normativlərə, kriteriyalara uyğun olan şəxslər müəyyənləşdirilib. Təbii ki, hazırda təməli qoyulan üçüncü bina da yaxın illərdə jurnalistlərin istifadəsinə veriləcək və biz daha 255 həmkarımız üçün sevinəcəyik. Artıq dövlət başçısının qeyd etdiyi kimi, “jurnalistlər şəhərciyi” böyüməkdə, genişlənməkdədir. Bu isə bir daha jurnalistlərin qayğılarının dövlətin, şəxsən möhtərəm Prezidentimizin nəzarətində olduğunu göstərir”.
“Səs” qəzetinin müxbiri Rövşən Rəsulov bildirib ki, dövlət tərəfindən mənzillə təltif olunması onun və ailəsinin böyük sevincinə səbəb olub. Jurnalistlərə bu hədsiz sevinc hisslərini yaşadan ölkəmizin Prezidenti cənab İlham Əliyevə, eləcə də bu işdə zəhməti keçən hər bir kəsə təşəkkür edən R.Rəsulov mənzil almış jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar diləyib: “Ölkə başçımız Öz nitqində jurnalistlərə olan etimadını bir daha ifadə etdirərək, vurğuladı ki, hər bir media işçisi Azərbaycanın inkişafında dövlətə dəstəyini göstərməlidir və göstərir də. Bu baxımdan, cənab Prezident jurnalistləri Özünün köməkçisi kimi qiymətləndirdi. Cənab Prezidentimiz hər zaman jurnalistlərin dostu olaraq, bu cameənin yanında yer alıb, media işçilərinin sosial problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması, eyni zamanda, fəaliyyətlərini daha müasir tələblər çərçivəsində qurmaları üçün əvəzsiz töhfələrini verib. Bizlər də bundan sonra öz fəaliyyətimizdə daim dövlətçilik maraqlarının qorunmasında, Azərbaycanımızın inkişaf və tərəqqisində əməyimizi əsirgəməyərək ölkə rəhbərimizin bizə olan etimadını doğrultmağa çalışacağıq”.
“İki sahil” qəzetinin əməkdaşı Xuraman Məmmədova da dövlət tərəfindən mənzillə təmin olunmasından məmnunluq hissi keçirdiyini deyib: “Mən də mənzillə təmin olunan jurnalistlərin siyahısında yer almışam. Cənab Prezident bu xeyirxah addımı ilə neçə-neçə evsiz-eşiksiz jurnalistə, sözün əsl mənasında, böyük sevinc bəxş etdi. Bir jurnalist olaraq, hörmətli Prezidentimizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Yaradıcı insanlar üçün sərbəst, sosial qayğılar və problemlər olmadan fəaliyyət göstərmək çox zəruri məsələdir. Mənzil sahibi olmaq olduqca çətin bir işdir və qələm sahibləri üçün ölkə Prezidentinin bu qayğısı əvəzedilməzdir. Bu prosesin davamlı olması, ənənə halını alması isə mətbuat işçilərinə ikiqat sevinc bəxş edir. İnanıram ki, gələcək illərdə digər həmkarlarımız da mənzillə təmin olunacaqlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42

