Azərbaycan Ordusunun qəhrəmanlığına həsr edilən rəsm əsərinin və sənədli filmin təqdimatı olub
05.10.2017 [10:05]
Oktyabrın 4-də Nizami Kino Mərkəzində “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyi tərəfindən hazırlanan və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığını əks etdirən rəsm əsərinin və “Ultimatum” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, uzunluğu 11, eni 2 metr olan rəsm əsərində və “Ultimatum” filmində Kəlbəcər uğrunda döyüşlərdə Azərbaycan Ordusunun əsgər və zabitlərinin fədakarlıqları, qəhrəmanlıqları əks olunub.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə layihənin rəhbəri, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan “Milli-mənəvi dəyərimiz olan Azərbaycan Ordusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyinin təbliği” layihəsi çərçivəsində görülən işlərdən danışıb.
Cəmiyyətdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayan Ə.Qənizadə bildirib ki, hərb tariximizin bütün dövrlərində Azərbaycan xalqı torpaqlarını yadelli işğalından qorumaq və öz azadlığı uğrunda misilsiz qəhrəmanlıqlar göstərib. Bir əsr ərzində formalaşaraq müasir mərhələyə qədəm qoymuş Silahlı Qüvvələrimiz Qarabağ müharibəsində cəsarətlə vuruşaraq düşmənə layiqli cavab verib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə Milli Ordumuzun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıqlar hərb tariximizin yeni parlaq səhifələrini təşkil edir.
Diqqətə çatdırılıb ki, hərb tariximizdə xüsusi yeri olan Kəlbəcər döyüşlərinin işıqlandırılması istiqamətində İctimai Birlik tərəfindən materiallar toplanır, arxiv sənədləri əsasında filmlər çəkilir, rəsm əsərləri hazırlanır və döyüş mahnıları bəstələnir. Məqsəd Qarabağ müharibəsində Ordumuzun iştirak etdiyi döyüşlərdə göstərdiyi qəhrəmanlığı ictimaiyyətə çatdırmaqdır.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı: “1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın tarixində bütün sahələrdə quruculuq və inkişafla müşahidə olunan yeni mərhələ başladı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi əsas diqqətini ordu quruculuğuna yönəltdi. Məhz Ümummilli liderin müdrik rəhbərliyi ilə 1994-cü ildə torpaqlarımızın bir hissəsi - mühüm strateji mövqelər düşməndən azad edildi. Bu uğurlu əməliyyatlardan sonra düşmən təşvişə düşərək atəşkəs sazişini imzalamağa məcbur oldu”.
Azərbaycan Ordusunun ötən ilin aprelində düşmən üzərində qazandığı parlaq qələbədən danışan deputat bildirib ki, dördgünlük əməliyyat nəticəsində Silahlı Qüvvələrimiz bir sıra mühüm strateji yüksəklikləri düşməndən təmizlədi. Bütün bunlar onu göstərir ki, Azərbaycan torpaqlarının azad edilməsi uğrunda haqq işində sonadək qətiyyətlə mübarizə aparacaq. “Bütün beynəlxalq tədbirlərdə, konfranslarda ermənilər bizim haqlı mövqeyimiz qarşısında duruş gətirə bilmirlər. Biz beynəlxalq arenada artıq qələbə qazanmışıq. İnanıram ki, torpaqlarımızı sülh yolu ilə geri qaytaracağımız gün yaxındadır. Əgər düşmən torpaqlarımızı sülh yolu ilə azad etməsə, bizim qüdrətli Ordumuz ərazilərimizi güc yolu ilə geri qaytaracaq”, - deyə vurğulayan E.Axundova vətənpərvərlik ruhunun yüksəldilməsində belə layihələrin əhəmiyyətini xüsusi qeyd edib.
Xalq rəssamı Arif Hüseynov, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, 701 saylı hərbi hissənin veteranı, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev və digər çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin təbliği, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından belə təşəbbüslərin əhəmiyyətindən danışıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi Nuranə Nəcəfova “Ultimatum” sənədli filmi haqqında məlumat verərək bildirib ki, bu ekran əsərində 1993-cü ilin ilk aylarında həyatları bahasına 60 min kəlbəcərlini ölümün, əsirliyin pəncəsindən xilas etmiş 450 Azərbaycan əsgər və zabitinin qəhrəmanlığından bəhs olunur. Bu igidlərimiz bilərəkdən ölümə gedərək Kəlbəcər əhalisini təxliyə ediblər. Onlar düşmənlə qeyri-bərabər döyüşlərdə ölümün gözünə dik baxaraq cəsarətlə vuruşub, bir addım da geri çəkilməyiblər. Həmin döyüşlər zamanı Kəlbəcərdə heç bir hərbi hissə olmadığından Laçın dəhlizi istiqamətində vuruşan 701 saylı briqadanın hərbçiləri köməyə gəliblər.
Rəsm əsəri və “Ultimatum” filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36

