/ / Cenevrədə Dünya Əqli Mülkiyyət Təşkilatına üzv dövlətlərin Baş Assambleyasının 57-ci toplantısı keçirilir
Cenevrədə Dünya Əqli Mülkiyyət Təşkilatına üzv dövlətlərin Baş Assambleyasının 57-ci toplantısı keçirilir
10.10.2017 [10:05]
Oktyabrın 2-dən İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Dünya Əqli Mülkiyyət Təşkilatına (DƏMT) üzv dövlətlərin Baş Assambleyasının 57-ci toplantısı keçirilir. Oktyabrın 11-dək davam edəcək tədbirdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanovun rəhbərliyi ilə bu qurumun nümayəndə heyəti iştirak edib.
Toplantıda DƏMT-in baş direktoru Frensis Qarri təşkilatın fəaliyyət istiqamətləri üzrə ötən il həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər, o cümlədən qlobal İP sistemlərinin səmərəli idarə edilməsi sayəsində bu qurumun qazandığı uğurlar barədə məlumat verib. O, son illər bir sıra sahələrdə, xüsusilə əsasında əqli mülkiyyətin durduğu innovasiya fəaliyyətinin bir çox ölkələrin iqtisadi və sənaye inkişafı strategiyasının başlıca elementinə çevrildiyini, qlobal məlumat bazalarının, informasiya-texnoloji platformaların istifadə sahələrində böyük tərəqqiyə nail olunduğunu qeyd edib, “DƏMT-in biliklər şəbəkəsi”nin yaradılması zamanının yetişdiyini söyləyib.
Tədbirdə çıxış edən regional qrup əlaqələndiricilərinin, həmçinin üzv dövlətlərin nümayəndələrinin çıxışlarında da əqli mülkiyyətin dünyanın müasir inkişafındakı roluna xüsusi diqqət yetirilib, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində oktyabrın 3-də F.Qarri ilə görüş keçirilib. Görüşdə təhsil naziri Mikayıl Cabbarov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıxov iştirak ediblər.
Tədbirdə Azərbaycan ilə DƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması, inkişafının təşviqi və əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub. F.Qarri əqli mülkiyyətin təminatı sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək dəyərləndirib, bu sahədə aparılan işlərə bundan sonra da DƏMT tərəfindən dəstək veriləcəyini xüsusi vurğulayıb. Görüşdə, həmçinin ölkəmizdə DƏMT-in xarici ofisinin yaradılması məsələsinə toxunulub. Yekun olaraq Azərbaycan Respublikasının təhsil naziri M.Cabbarov və DƏMT-in baş direktoru F.Qarri Birgə bəyanat imzalayıblar.
MHA-nın sədri K.İmanov DƏMT-in son illər həyata keçirdiyi tədbirləri və irəli sürdüyü təşəbbüsləri məmnunluqla qeyd edib, ölkəmizdə “Əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiya”ya və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yaradılan rəqəmli hüquqların idarə edilməsi və “one stop shop” rejimində online lisenziyalaşma sistemi barədə məlumat verib, son vaxtlar DƏMT ilə birgə əməkdaşlıq çərçivəsində ölkəmizdə innovativ sistemlərin və elmi nəticələrin tətbiqi üzrə həyata keçirilən tədbirlərin yaradıcılıq və yenilikçilik üçün daha əlverişli şəraitin təmin edilməsinə böyük töhfə verdiyini xüsusi qeyd edib.
F.Qarri əqli mülkiyyətin təminatı sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək dəyərləndirib, bu sahədə aparılan işlərə bundan sonra da DƏMT tərəfindən dəstək veriləcəyini xüsusi vurğulayıb.
Sonda K.İmanov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının müasir çağırışları ilə bağlı MHA-nın son nəşrlərini F.Qarriyə təqdim edib. DƏMT-in baş katibi bu nəşrləri yüksək dəyərləndirib, onların aktuallığını vurğulayıb və Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafına mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Toplantının ikinci günü DƏMT-in rəhbər orqanlarına keçirilən seçkilərdə K.İmanov bu qurumun Müəlliflik hüququna dair Müqaviləsinin vitse-prezidenti seçilib.
Sessiyanın keçirildiyi günlərdə DƏMT-in vəzifəli şəxsləri ilə təşkil olunan işçi görüşlərdə də müəllif-hüquq sahəsində əməkdaşlığın müxtəlif istiqamətlərinə toxunulub və ölkəmiz üçün prioritet olan məsələlər önə çəkilib. Bununla yanaşı, DƏMT-in keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin, həmçinin kreativ industriyalar departamentinin əməkdaşları ilə “Azərbaycan Respublikası Hökuməti və Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində 2018-2021-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib, həmçinin növbəti ildə əqli mülkiyyət sahəsində birgə əməkdaşlıqda keçirilməsi planlaşdırılan tədbirlər barədə ilkin razılaşmalar əldə olunub.
Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə, eyni zamanda, ölkəmizin daxil olduğu Regional Qrup çərçivəsində DƏMT-in üzvü olan dövlətlərin nümayəndələri ilə keçirilən işçi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verilib.
MHA-nın nümayəndə heyəti, həmçinin oktyabrın 3-də Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə təşkilatın Cenevrə bölməsində Millətlər Sarayının qarşısındakı Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” abidəsinin açılışında iştirak edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

