Düşmənin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır
25.10.2017 [10:03]
Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2007-ci il 23 oktyabr tarixli Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident Administrasiyası, Milli Məclis, Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin, eləcə də ictimaiyyət nümayəndələrinin, Horadizin düşmən işğalından azad edilməsində və müdafiəsində xüsusi xidmətləri olan hərbi qulluqçuların bir qrupu əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gedərək, burada Ümummilli liderin abidəsini ziyarət ediblər.
Sonra Horadiz şəhərinin bayramsayağı bəzədilmiş Muğam mərkəzinin qarşısında qəsəbəyə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramının təntənəli açılışı olub. Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Tədbiri giriş sözü ilə layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani açıb.
Sonra Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştirakçılarını, horadizliləri və onun qəhrəman müdafiəçilərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın xahişi və tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Füzuli rayonunun bir çox yaşayış məntəqəsinin, eləcə də Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsinə zəmin yaranıb.
Tədbirdə iştirak edən ehtiyatda olan polkovnik Şair Ramaldanov və onunla birlikdə Horadizin azad olunmasında iştirak edən qəhrəman döyüşçülər meydana daxil olublar.
Milli Məclisin sədr müavini Bahar Muradova horadizliləri, tədbir iştirakçılarını təbrik edərək deyib: “Horadizin düşmən işğalından azad olunması, yenidən qurulması, kül altından boy atması Ulu öndər Heydər Əliyevin adı ilə, daha da çiçəklənməsi, tərəqqisi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin vəfatından sonra bütün bu quruculuq işləri Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Qısa bir zamanda Horadiz gündən-günə böyüyərək müasir bir şəhərə çevrilib. Horadiz bu gün dünyanın ən təmiz, ən gözəl, cazibədar, inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər. Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, erməni işğalı zamanı Horadiz şəhərində dağıdılmış evlərin bərpası, avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında və digər Prezident sərəncamları uğurla həyata keçirilib. Prezident 10 il ərzində Horadizə altı dəfə səfər edib. Bu səfərlər zamanı açılışı olan Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Horadiz tikiş fabriki, “Azərxalça” MMC-nin Horadiz filialı, şahmat məktəbi, Muğam Mərkəzi, Horadiz idman kompleksi, Horadiz dəmir yolu vağzalı, yeni məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və sair obyektlər şəhərdə yaşayan, qurub-yaradan horadizlilərin xidmətindədir”.
Bahar Muradova qeyd edib ki, bütün bu uğurların qazanılmasında, Horadizin yenidən qurulmasında Azərbaycan Ordusunun xüsusi xidmətləri var. Çünki Azərbaycan Ordusu bu diyarın, bölgənin keşiyində həmişə ayıq-sayıq dayanıb və aprel döyüşləri zamanı qəhrəman Vətən övladlarını ilk döyüşə yola salan da horadizlilər olub. Xalqımıza qələbə sevinci yaşadan, Lələtəpə zirvəsini azad edən, min hektarlarla ərazini tam nəzarətə götürən Azərbaycan əsgərini və şəhid oğullarımızı ilk qarşılayan da Horadiz şəhəridir. Horadizlilər Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna həmişə minnətdardırlar və bu gün bu bölgədə ordu ilə xalqın birliyi daha möhtəşəmdir, daha möhkəmdir.
“Horadiz Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin ünvanıdır. Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu və Ulu öndər Heydər Əliyevin siyasətini görürük. Tədbirin təşkilatçıları Prezidentimizin bu sözlərini bir şüar kimi, deviz kimi götürüblər”, - deyə B.Muradova vurğulayıb.
Sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı Elman Nəsirov çıxış edib.
Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev tədbir iştirakçılarını, bütün horadizliləri müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından təbrik edib.
Horadizin azad olunmasında və müdafiəsində iştirak edən general-mayor Mayis Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, iki dəfə “Azərbaycan bayrağı” ordenli Şair Ramaldanov, eləcə də Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon ziyalıları adından professor cərrah Müşfiq Həsənov çıxış edərək, Ali Baş Komandanın əmri ilə ərazi bütövlüyümüzü təmin etmək üçün hər an döyüşə hazır olduqlarını bildiriblər.
Sonda Horadiz şəhər ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxunub.
Xəbər lenti
Hamısına baxMədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36

