/ / Şəkidə patent hüququ obyektlərinin mühafizəsi sahəsinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Şəkidə patent hüququ obyektlərinin mühafizəsi sahəsinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
27.10.2017 [10:12]
Qeyri-neft ixrac potensialının gücləndirilməsi, sahibkarlığın, ümumilikdə insan kapitalına söykənən iqtisadiyyatın inkişafı dövlətin əsas prioritetlərindəndir.
AZƏRTAC-a bildirilib ki, bu fikirlər oktyabrın 26-da Şəki şəhərində keçirilən “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə və mühafizə” mövzusunda seminarda səsləndirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavini Niyazi Rəhimov qeyd edib ki, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə struktur xarakterli islahatlar aparılıb, iqtisadiyyatın əsas istiqamətləri üzrə Strateji Yol xəritələri təsdiq olunub və ixrac potensialının gücləndirilməsi məqsədilə “Made in Azerbaijan” brendinin təşviqi üçün əhəmiyyətli işlər həyata keçirilib.
Hazırda ölkəmizdə innovativ fəaliyyətə, elm tutumlu sənayenin inkişafına xüsusi diqqət yetirildiyini söyləyən Niyazi Rəhimov ənənəvi biliklər və coğrafi göstəricilərin şamil olunduğu məhsulların inkişaf etmiş və perspektivli istehlak bazarlarında uğur qazandığını deyib.
Komitə sədrinin müavini diqqətə çatdırıb ki, ölkə ərazisində müxtəlif iqlim zonalarının olması, bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicəvi əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar xüsusiyyətlərə malik olması və müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırlanan özünəməxsus məhsullara - istər kulinariya, istər xalçaçılıq və digər sahələrdə xidmətlərin səviyyəsi sənaye həcmli istehsalın inkişafını şərtləndirir və ixrac perspektivlərini artırır.
Komitə rəsmisi patent sistemində müasir hüquqi mühafizə sisteminin təmin olunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin, ictimai məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb.
Şəki şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov “Made in Azerbaijan” brendinin təşviqində mühüm əhəmiyyət kəsb edən məhsulların regionlarla bağlı olduğunu xüsusi vurğulayıb. Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafına yönələn sistem xarakterli tədbirlər nəticəsində hazırda bütün şəhər və rayonlarda yeni müəssisələr yaradılıb. Yerli sahibkarlığın inkişaf etdirilməsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət sahələri yaxından iştirak edir. Həsən Həsənovun sözlərinə görə, bugünkü tədbir də bunun bariz nümunəsidir.
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, çıxışında coğrafi göstəricilərlə bağlı olan məhsulların müasir dövrdə aktuallıq kəsb etdiyini qeyd edərək, istehlakçılar tərəfindən xüsusi məhsulların axtarılması, coğrafi mənşə ilə identifikasiya olunmuş, işarələnmiş qida məhsulları sahəsində tələbatların artdığını bildirib. Eyni zamanda, coğrafi adın sadəcə bir ad, bir simvol deyil, istehlakçılar tərəfindən etibar göstəricisi kimi qəbul edildiyini söyləyib.
Coğrafi göstəricilərin qorunmadığı halda kommersiya təşkilatları tərəfindən haqsız təhriflərə məruz qala biləcəyini və ondan istifadə hüququ olmayan şəxslər tərəfindən istehlakçıların aldadılacağını, məhsulun şöhrətdən düşməsini, bununla da onun qanuni sahibinə ciddi zərər dəyə biləcəyini nəzərə çatdırıb.
Baş direktor coğrafi göstəricilərin təşviqi və əmtəə nişanlarının qeydiyyatı baxımından son bir il ərzində mərkəz tərəfindən görülmüş işlərdən də danışıb. Bildirib ki, müxtəlif sahələrə aid ekspertlərdən ibarət işçi qrup yaradıldığını, son bir il ərzində 17 coğrafi göstəriciyə dair ərizənin daxil olduğunu, milli prosedur üzrə təxminən 30 minə yaxın əmtəə nişanı qeydiyyata alındığını, beynəlxalq saziş və protokola əsasən isə 50 minə yaxın əmtəə nişanının qeydiyyatının ölkəmizdə qüvvədə saxlanıldığını nəzərə çatdırıb.
Seminar əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin qorunmasının əhəmiyyəti, əmtəə nişanlarına dair iddia sənədlərinin tərtibi, verilməsi və baxılması qaydaları, coğrafi göstəricilər anlayışı və onların milli qanunvericiliyə uyğun mühafizəsi, Azərbaycanda sənaye mülkiyyəti sahəsində hüquqların mühafizəsi, məhkəmə və digər orqanların təcrübəsi, sənaye nümunəsi anlayışı, milli qanunvericiliyə uyğun olaraq sənaye nümunələrinin patentlə mühafizəsi, beynəlxalq qeydiyyat (Haaqa Sazişi), sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və patentləşdirmə prosedurları və s. mövzular ətrafında müzakirələrlə davam etdirilib.
Seminarda Şəki şəhərində fəaliyyət göstərən sahibkarlarla yanaşı, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarından olan iş adamları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

