/ / Azərbaycanın davamlı innovativ inkişafı ilə bağlı göstəricilər Macarıstanda keçirilən tədbirdə maraqla qarşılanıb
Azərbaycanın davamlı innovativ inkişafı ilə bağlı göstəricilər Macarıstanda keçirilən tədbirdə maraqla qarşılanıb
27.10.2017 [10:15]
Macarıstanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov, bu ali təhsil ocağının elmi təşkilat şöbəsinin müdiri dosent Rəcəb Rəhimli Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyevin iştirakı ilə Daha Yaxşı Macarıstan Uğrunda Partiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyasında Macarıstan nümayəndə heyətinin üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncöşi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycandan gələn qonaqlar ölkəmizdə gedən proseslərdən və son illər ərzində əldə edilən uğurlardan söz açıblar. Alimlər ölkənin əsas strateji vəzifələrinin reallaşdırılması üçün dövlətin həyata keçirdiyi tədbirlər və elmi-praktik sahədə görülən işlərdən danışıblar. Qeyd edilib ki, bu gün Azərbaycan dövlət idarəçiliyi problemlərinin həllində digər dövlətlərə nümunə olmaq iqtidarındadır. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra səfirlər klubunda Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin davamlı innovativ inkişafına həsr olunan tədbir keçirilib.
Vilayət Quliyevin, müxtəlif ölkələrin Macarıstanda akkreditə olunmuş səfirlərinin və Rəcəb Rəhimlinin qatıldıqları tədbirdə Urxan Ələkbərovun “Azərbaycanın innovativ sosial-iqtisadi inkişafı beynəlxalq təşkilatların sənədlərində” mövzusunda mühazirəsi dinlənilib. Urxan Ələkbərov Azərbaycanın bütün nailiyyətlərinin kökündə Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyasının dayandığını vurğulayıb. Alimin ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumların 2017-ci il üçün qiymətləndirmələrinə əsaslanan çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mühazirə zamanı Azərbaycanın göstəriciləri digər ölkələrin göstəriciləri ilə müqayisədə qiymətləndirilib. Onlar arasında “Böyük yeddilik”, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, Neft İxrac edən Ölkələr Təşkilatı və digərləri var. Tədbirin gedişində Azərbaycanın davamlı inkişafını əks etdirən nailiyyətlər, müxtəlif sahələr üzrə göstəricilər monitorda nümayiş olunub. Akademik U.Ələkbərov qeyd edib ki, davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində qazanılan yüksək uğurlar dövlət idarəçiliyində innovativ texnologiyaların geniş istifadəsinin nəticəsidir. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Dünya Sammitindəki və 2016-cı ildə Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışlarında innovativ inkişaf strategiyasının əsas məqamları işıqlandırılıb.
Rektor ölkədə davamlı inkişaf sahəsində reallaşdırılan siyasətin uğuru kimi sosial inkişaf indekslərinin müqayisəli təhlilini də dinləyicilərin diqqətinə təqdim edib. BMT-nin məlumatlarına əsaslanan mühazirəçi vurğulayıb ki, Cini indeksi - gəlirlərin əhali arasında ədalətli paylanması göstəricisi Azərbaycan Respublikasında “Böyük yeddilik” ölkələrinin orta göstəricisindən yüksəkdir və onlar arasında yalnız Almaniyadan geri qalır. Akademikin çıxışında, həmçinin digər sosial göstərici - Kvintil nisbətini xarakterizə edən bilgilər də əksini tapıb. Azərbaycanın göstəriciləri İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv ölkələrin göstəriciləri ilə müqayisə edilib. Qeyd edək ki, bu qrupa dünyanın 35 aparıcı iqtisadiyyata malik ölkəsi daxildir və həmin göstəriciyə görə Azərbaycan yalnız Şimali Avropa və bəzi digər ölkələrdən geridədir. U.Ələkbərov xüsusi vurğulayıb ki, sosial komponent Azərbaycanda davamlı inkişaf sahəsində ümumi siyasətin vacib elementidir.
Akademik daha sonra qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər bu mövzuya həsr edilib. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycanın həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul etməsi, bu sahədə dövlət qulluqçuları və ehtiyat kadr hazırlığı ilə bağlı təşəbbüslər auditoriyanın xüsusi diqqətini çəkib. Rektor xüsusi olaraq diqqətə çatdırıb ki, mühüm iqtisadi və sosial nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün mövcudluğu fonunda əldə edilib. Bu problemlər olmasaydı uğurların miqyası daha böyük ola bilərdi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

