Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü qeyd olunub

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü qeyd olunub

17.11.2017 [10:01]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə Ağdaşda ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib.
Dövlət himni səsləndirildikdən sonra YAP-ın 25 illik fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Sonra “Yeni Azərbaycan Partiyası 25 il” mövzusunda məruzə ilə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı çətin dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Onun sözlərinə görə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra xalqımızın taleyüklü məsələlərinin həlli istiqamətində mühüm tarixi addımlar atıldı. Ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycan düçar olduğu bəlalardan qurtuldu.
C.Osmanov vurğulayıb ki, YAP aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 25 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb.
Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvü, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir: “Bu gün müstəqil Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin siyasi kursu əsasında inamla zirvələrə addımlayır. Bu müdrik siyasəti isə uğurla həyata keçirən partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevdir. Cənab Prezidentin misilsiz xidmətlərinin nəticəsidir ki, artıq ölkəmiz dünyanın aparıcı dövlətləri srasına yüksəlib”.
Sonra YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Ağdaş rayon Mədəniyyət Mərkəzinin “Gənclik” ansamblının iştirakı ilə konsert proqramı ilə yekunlaşıb.
NADİR

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31