ATU-da İctimai Nəzarət və Məsləhət Şurasının iclası keçirilib
17.11.2017 [10:02]
Noyabrın 16-da Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) iclası keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ATU-da İNMŞ-in fəaliyyəti üçün yaradılmış iş otağı ilə tanış olublar. Bildirilib ki, burada Şura üzvlərinin fəaliyyəti üçün yüksək səviyyəli şərait yaradılıb.
Daha sonra iclası giriş sözü ilə açan İNMŞ-in sədri, Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, Şura ATU-nun Böyük Elmi Şurasının 2017-ci il 30 may tarixli qərarı ilə yaradılıb: “Şuranın 9 nəfər üzvü var. İctimai Nəzarət və Məsləhət Şurası Azərbaycan Tibb Universitetində elmin və təhsilin inkişafında innovativ təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsində yaxından iştirak edir. Fəaliyyətin ictimai əhəmiyyətini artırmaq məqsədilə ATU-nun tədris binalarında üzərində qaynar xətt nömrələri yazılan rəy qutuları qoyulacaq. Qaynar xətt günün bütün saatlarında zəngləri qəbul edəcək”.
Sonra İNMŞ-in üzvləri “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə, ATU-nun “Əczaçılığın texnologiyası və idarəçiliyi” kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, İctimai Televiziya və Radio Yayımları” şirkətinin “İctimai-siyasi proqramlar” departamentinin direktoru Anar Yusifzadə və digərləri təkliflərini irəli sürüblər.
Daha sonra iclasda ATU-nun 2017-2018-ci tədris ili üçün fəaliyyət planı müzakirə olunub və təsdiq edilib.
ATU-nun “Əczaçılığın texnologiyası və idarəçiliyi” kafedrasının baş müəllimi Aidə Bəndəliyeva universitetin fəaliyyəti və strukturu barədə geniş məlumat verib: “Azərbaycan Tibb Universitetinin 6 tədris korpusu və 6 yataqxanası var. Universitetdə 6 fakültə fəaliyyət göstərir. ATU-nun hazırda 3500 nəfər əməkdaşı var. Onlardan min nəfərə qədəri pedaqoji heyətə daxildir. Pedaqoji heyətin 200 nəfərə qədəri professor, 400 nəfərdən çoxu isə dosentdir”.
Sonda qərara alınıb ki, İNMŞ-in qış imtahan sessiyasına qədər növbəti iclası keçirilsin.
Xəbər lenti
Hamısına baxSosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32

