Bakı Atatürk Liseyində TDAV-ın qurucusu Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
22.11.2017 [16:16]
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, prof.dr Turan Yazqanın vəfatından beş il ötür. Ötən illərdə olduğu kimi, bu dəfə də Turan Yazqanın vəfatının növbəti ildönümü ərəfəsində Türkiyədə və Azərbaycanda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Bakı Atatürk Liseyində keçirilib. Mərhumun oğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın, Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hocanın və Makedoniyadan gəlmiş digər qonaqların, Türk Dünyası İşlətmə fakültəsinin baş müəllimi Nəriman Xanəhmədovun, KİV təmsilçilərinin, həmçinin liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Turan Yazqanın xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl mərhum Turan Yazqanla bağlı xatirələrini dilə gətirib. Turan Yazqanın türklük sevdalısı olduğunu bildirən liseyin müdiri bu məktəbin də onun bir yadigarı olduğunu deyib.
Çıxış edən TDAV başqanı Közhan Yazqan "Rəhmətlik Turan Yazqan hocamızın xüsusi bir önəm verdiyi, "göz bəbəyim" adlandırdığı Bakı Atatürk Liseyində onun xatirəsinə həsr olunmuş tədbirdə çıxış etmək məndə qürur və həyəcan doğurur" deyib.
Közhan Yazqan bildirib ki, Turan Yazqan həyatını türklüyə, Türk dünyasına həsr etdi. Bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun bizə buraxdığı ən böyük əmanətdir: "Turan Yazqan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasını və Mustafa Kamal Atatürkün "Türk birliyinə inanır və onu görürəm" sözlərini özünə bayraq edərək mücadiləsini bu istiqamətdə davam etdirib. Turan birliyi atamın arzuladığı bir ideya olmaqla yanaşı, həmçinin Mustafa Kamal Atatürkün türk gənclərinə bir nəsihəti idi. Yəni, bu mənada atamın fikri belə idi ki, Atatürkün gördüyü türk birliyini hər bir türk gənci mütləq görməlidir. Bu istiqamətdə də çalışmalıyıq. Türk Dünyası Araşdırmaları Vəqfi də bu istiqamətdə çalışmaqdadır".
Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hoca isə "Rəhmətlik Turan hocamız həyatını Türk dünyasının birliyinə, bütövlüyünə həsr etmişdi. O, bu yolda yorulmadan çalışdı və bizlərə bir örnək qoyub getdi. Bizlər də Turan hocanın yolu ilə gedərək, bu yolda üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq" deyib.
Tədbir Turan Yazqana həsr olunmuş videofilmin nümayişi və liseyin şagirdləri tərəfindən türklüyə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam etdirilib.
Sonda lisey şagirdləri arasında Turan Yazqana həsr olunmuş inşa müsabiqəsinin qalibi mükafatlandırılıb.
NADİR
Xəbər lenti
Hamısına baxHadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46

