UNEC-də konfrans: “Tələb işəgötürənlərdən - təklif UNEC-dən”
29.11.2017 [10:32]
UNEC-də “Tələb işəgötürənlərdən - təklif UNEC-dən” mövzusunda konfrans keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov ölkə başçısının “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişaf etdirilməsini təhsil sisteminin əsas məqsədi kimi qarşıya qoyduğunu bildirib. İnsan kapitalının inkişafında ən vacib elementlərindən birinin praktiki vərdişlərə yiyələnmək olduğunu deyən rektor, UNEC-in işəgötürənlərin irəli sürdüyü tələblərə cavab verən təkliflərlə çıxış etməyə hazır olduğunu vurğulayıb, bu istiqamətdə qarşıya çıxan problemlərdən danışıb. Hər yeddi ildən bir mövcud ixtisasların 50 faizinin dəyər və əhəmiyyətini itirdiyinə diqqət çəkən Ə.Muradov iş adamlarından ibarət auditoriyanın qarşısında yerli, yoxsa beynəlxalq əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının həyata keçirilməsi sualını qoyub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümöv konfransda əmək bazarının qarşılaşdığı ən aktual problemlərə toxunulduğuna diqqət çəkərək, yerli əmək bazarında həddindən artıq sıxlıq müşahidə olunduğunu bildirib. Ölkə əhalisinin 71 faizinin əmək qabiliyyəti yaşda olduğuna diqqət çəkən nazir iqtisadiyyatın bu sayda işçi qüvvəsini absorbsiya etməkdə çətinlik çəkdiyini bildirib. Nazir dünya əmək bazarında iqtisadçılar qarşısında qoyulan tələbələrin eyni olduğuna diqqət çəkərək, tədrisdə vergi və vergiqoyma, mühasibat və təhlil, iqtisadi hüquq, informasiya texnologiyaları fənlərinə xüsusi önəm verilməsini bildirib. Tələbələrin praktiki biliklərinin artırılmasında UNEC-də fəaliyyət göstərən Virtual Müəssisənin əhəmiyyətini vurğulayan nazir bildirib ki, dövlət müəssisələrində də tələbələrə aktiv praktiki fəaliyyətlə məşğul olmaq imkanı yaradılmalıdır.
S.Müslümov növbəti ildə nazirlik tərəfindən gənclərin məşğulluğu üçün böyük bir proqrama start veriləcəyini də açıqlayıb. Son illərdə UNEC-in qazandığı uğurları qürurla izlədiyini bildirən nazir, əmək bazarı ilə bağlı bütün məsələlərdə məzunu olduğu universitetə dəstək olacağını vurğulayıb.
Millət vəkili Fazil Mustafa ali təhsil müəssisəsi ilə işəgötürənlər arasında dialoqun qurulmasının əhəmiyyətini vurğulayaraq, bu ideyanın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkə sürətlə inkişaf edir və əmək bazarının tələbləri də bu sürətə uyğunlaşır. Mövcud durumda yeni ixtisasların yaranmasına ehtiyac duyulduğunu bildirən M.Musayev əmək bazarında risk menecmenti ilə bağlı ciddi kadr çatışmazlığı olduğunu vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yerli əmək bazarında strateji baxışın vacibliyini qeyd edib.
Millət vəkili Vüsal Hüseynov UNEC-də pedaqoji fəaliyyət göstərdiyi müddətdə etdiyi müşahidələri bölüşərək bildirib ki, müəllimləri əsasən iş dünyasından olan fakültələrin tələbələri əmək bazarına daha rahatlıqla çıxa bilirlər. O, UNEC-də fəaliyyət göstərən Karyera Mərkəzinin tələbələrin iş dünyasına hazırlanmasında xüsusi rolu olduğunu vurğulayıb.
Konfransda UNEC-in tələbələri və iş adamları arasında aparılan videosorğular təqdim edilib. Müzakirələrdən sonra iştirakçılar arasında online sorğu keçirilib. “Əmək bazarının tələblərinə uyğun kadr hazırlığında işəgötürənlərlə birgə fəaliyyət mümkündürmü?” sualına 70 faiz “bəli” cavabını verib. Səsverməyə çıxarılan növbəti sual isə “Kadr hazırlığı yerli, yoxsa beynəlxalq əmək bazarının tələblərinə cavab verməlidir” olub. Əsasını iş adamlarının təşkil etdiyi auditoriyanın 91 faizi beynəlxalq əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsini məqsədəuyğun hesab edib.
Tədbirdə “UNEC2B” platformasının təqdimatı keçirilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycanda və regionda ilk dəfə olaraq UNEC-in iş dünyasında tətbiq etdiyi “UNEC2B” platformasının hər iki tərəfə faydalı olacağını bildirib. Mövcud problemlərin həllində mühüm rol oynayacaq platformanın böyük rəqabət mühitində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Konfransın sonunda Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası və Bank Tədris Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

