Ankarada keçirilən Sammitdə Azərbaycanda dövlət qadın siyasətinin uğurlarından danışılıb
06.12.2017 [10:20]
Türkiyənin paytaxtı Ankarada “İkinci Beynəlxalq İşdə Qadın Zirvəsi” mövzusunda Sammit keçirilib.
Sammitdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Hicran Hüseynova və Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, Sammitin rəsmi açılışında Prezident Rəcəb Tayyib Ərdoğan, hakim Ədalət və İnkişaf Partiyasının qadın təşkilatının sədri Lütfiyə Selva Çam və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışları olub.
Qadın hüquqlarının qorunmasında Türkiyənin əldə etdiyi nailiyyətlərdən danışan Prezident Rəcəb Tayyib Ərdoğan bu uğurların ölkəsinin böyük sərvəti olduğunu qeyd edib. O bildirib ki, qurucusu və rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası həmişə qadınların hüquqlarına, onların əməyinə, cəmiyyətdəki yerinə və roluna diqqət və qayğı ilə yanaşıb. Respublika quruluşunun formalaşmasında və inkişafında böyük şücaət göstərən Türkiyə qadınlarının 2016-cı ilin yayında dövlət çevrilişinə cəhd zamanı küçə və meydanlara axışaraq mətin idarə nümayiş etdirdiklərini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, AKP bundan sonra da ölkədə qadın siyasətinə xüsusi önəm verəcək.
AKP qadın təşkilatının sədri Lütfiyyə Selva Çam Sammitin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Ədalət və İnkişaf Partiyası qurulandan bəri həmişə qadınların cəmiyyətdəki yerini və rolunu yüksək dəyərləndirib və bu istiqamətdə əsaslı proqramlar həyata keçirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə mötəbər beynəlxalq tədbirin rəsmi açılışında Azərbaycanın nümayəndəsinə çıxış üçün söz verilməsini Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi adlandırıb. Komitə sədri əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasətinin uğurlarından, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan, onların hüquqlarının qorunması istiqamətində görülən işlərdən ətraflı danışıb. O deyib ki, bu gün qadınlar cəmiyyətin müxtəlif sferalarında uğurla fəaliyyət göstərirlər. Qadınlar ölkədə hər bir sahədə təmsil olunurlar və öz fəaliyyətləri ilə fərqlənirlər. Bu işdə hakim Yeni Azərbaycan Partiyası qadınlara çox böyük dəstək olur. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır. Azərbaycan qadınları hər zaman dünyada sülhün və sabitliyin tərəfdarı kimi çıxış edirlər.
Sonra qadın əməyinə və qadınların cəmiyyətdəki yerinə və roluna həsr edilən film göstərilib. Məqsədyönlü fəaliyyəti ilə cəmiyyətdə, beynəlxalq aləmdə tanınan bir qrup qadına mükafatlar təqdim olunub.
Daha sonra Sammit panel iclaslarla işini davam etdirib.
Professor Beril Dedeoğlunun sədrliyi ilə keçirilən “Türkiyədə və dünyada qadın məşğulluğunun artırılmasına yönəlmiş çalışma modelləri, iş dünyasında gender bərabərliyini təmin etməyə dair hüquqi baza və qadın sahibkarlığı nümunələri” mövzusunda keçirilən paneldə Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, əmək və sosial müdafiə naziri Jülidə Sarıeroğlu, İslamabad Qadın Ticarət Palatasının təsisçisi və rəhbəri Samina Fazil və başqaları çıxış ediblər.
Bu paneldə çıxış edən Hicran Hüseynova ölkəmizdəki gender bərabərliyindən, Yeni Azərbaycan Partiyasının qadınların fəaliyyətinə verdiyi dəstəkdən, dövlət qadın və ailə siyasətinin uğurlu nəticələrindən bəhs edib. O deyib ki, Azərbaycanda qadınlar cəmiyyətin aparıcı qüvvələrindəndir. İstər dövlət işlərində, istərsə də iqtisadiyyatın özəl bölməsində qadınların rolu mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda qadınların çoxşaxəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Samit çərçivəsində Hicran Hüseynovanın Türkiyənin və digər ölkələrin rəsmi şəxsləri ilə görüşləri olub.
Xəbər lenti
Hamısına baxSiyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11

