/ / Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsi müasir Azərbaycanın inkişafına güclü təkan verib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsi müasir Azərbaycanın inkişafına güclü təkan verib
08.12.2017 [10:01]
Bu gün öz inkişafına görə dünyaya nümunə göstərilən Azərbaycan qlobal böhran şəraitində də dinamik inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, digər istehsal sahələrində müşahidə edilən müsbət dinamika hesabına gəlirlərimizin həcmi artıb. Təbii ki, bunun da kökündə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən düşünülmüş, məqsədyönlü siyasət dayanır. Daha dəqiq desək, Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin yaranmasına, dayanıqlı iqtisadi inkişafa öz töhfəsini verir.
Əksər ekspertlərin də vurğuladıqları kimi, hazırda bütün dünyada nümunə kimi qəbul edilən inkişafın Azərbaycan modelinin səciyyəvi cəhətlərindən söhbət açarkən ölkənin regionlarının tarazlı şəkildə inkişaf etdirilməsinin strateji kurs kimi müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, artıq respublikamızda paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib, bütün bölgələrin sakinləri həm yüksək iş şəraiti, həm də bütün kommunal xidmətlərlə təmin olunublar.
Aydın Hüseynov: Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan cənab İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadi inkişafın dayanıqlığının təmin olunması, ölkənin tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir”, - deyib.
Beləliklə, tam qətiyyətlə demək mümkündür ki, son 14 ildə respublikamızda regionların sosial-iqtisadi inkişafında bəhs olunan Dövlət proqramları mühüm rol oynayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib. Nəzərdə tutulan genişmiqyaslı tədbirlərin reallaşdırılması sayəsində respublikanın regionları da iqtisadi güc amilinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Deyilənlərdən də göründüyü kimi, müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb. Zamanında regionların inkişafına güclü siyasi və maddi dəstək göstərilməsəydi və zəruri qərarlar qəbul edilməsəydi, bugünkü uğurlardan da bəhs etmək mümkün olmazdı. Dövlət başçısının bəyan etdiyi kimi, 2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi: “Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib”.
İlham Məmmədov: Müvafiq Dövlət proqramları çərçivəsində müasir infrastruktur quruculuğu istiqamətində də mühüm addımlar atılıb
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov da sözügedən Dövlət proqramlarının regionların inkişafındakı rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, müvafiq Dövlət proqramları çərçivəsində müasir infrastruktur quruculuğu istiqamətində də mühüm addımlar atılıb: “Son 14 ildə ölkəmizdə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının ən uğurlu nəticələrindən biri regionlarda müasir infrastruktur quruculuğu ilə bağlıdır. Həyata keçirilən layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlib”.
Müvafiq Dövlət proqramları çərçivəsində güclü infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda 26 elektrik stansiyası tikilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavata çatdırılıb, beləliklə, ölkənin enerji təhlükəsizliyi təmin edilib. Ötən il ölkənin enerji sisteminə daha bir elektrik stansiyası əlavə edilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib.
Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 11 min kilometr avtomobil yolu tikilib.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 14 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Son bir ildə regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb.
Sözügedən proqramlar çərçivəsində həyata keçirilən işlər nəticəsində bölgələrdə sosial infrastrukturun yenilənməsini də xüsusi vurğulamaq yerinə düşər. Belə ki, 2004-cü ildən bütün ölkə boyu üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib, 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilib. Azərbaycan özünün sosial siyasətinə sadiq qalaraq qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına böyük qayğı göstərir. İndiyədək məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün hər cür rahatlıqlara malik binalarda mənzillərə yerləşdiriliblər.
İ.Məmmədovun sözlərinə görə, 2017-ci ilin arxada qalan ayları ərzində də ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunub, yeni məktəblər, tibb ocaqları tikilib və yaxud əsaslı təmir edilib.
Son illərdə həmçinin ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atılıb. O cümlədən respublikamızda aqrar sektorun üstün inkişafının təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib. Ekspertlərin də vurğuladıqları kimi, Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan layihələrin, o cümlədən meliorativ tədbirlərin kənd təsərrüfatının stimullaşdırılmasında rolu əvəzsizdir.
Azər Badamov: Regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir
“2004-cü ildən bu yana həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönümündə addımlar atılır”, - deyən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov isə onu da əlavə edib ki, regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir.
Onun sözlərinə görə, turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsində öz müsbət effektini göstərir: “Cəlbedicilik baxımından isə paytaxt Bakı ilə yanaşı, digər bölgələrimiz də xarici turistlər üçün maraq kəsb edir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də xarici ölkələrin vətəndaşlarının ölkəmizə marağını artıran amillər sırasındadır. Yeri gəlmişkən deyim ki, ötən ilin 9 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Bu da regionların sosial-iqtisadi inkişafına göstərilən diqqətin turizm sektorunda da müsbət nəticələr verdiyini bir daha təsdiqləyir”.
Nadir AZƏRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05

