Bakı Atatürk Liseyində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
12.12.2017 [17:17]
Dekabrın 12-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan liseyin müdiri Hüseyn Dəmirəl Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik lider olduğunu bildirib. Ulu öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edən liseyin müdiri Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın gündən-günə gücləndiyini, beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğulayıb.
Çıxışında "Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib" deyən natiq həmçinin Ulu öndərin Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişindəki əvəzsiz rolundan da bəhs edib.
Hüseyn Dəmirəl Ümummilli lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elm və təhsilə daim böyük diqqət yetirdiyini də söyləyib.
Sonra liseyin müəllimi Təranə Həsənzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyət, Onun müdrik və uzaqgörən siyasəti, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarlar barədə danışıb. Təranə Həsənzadə Ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman bütün sahələr kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdığını deyib.
Anım tədbirində liseyin şagirdlərinin ifasında Ulu öndərə həsr edilmiş şeirlər səsləndirilib, dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx nümayiş etdirilib.
Şəmsiyə İsmayıllı
Türk Dünyası Bakı Atatürk Liseyi 10B sinif şagirdi
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

