/ / Azərbaycanda kiçik ailə bizneslərinin inkişafına dəstəklə bağlı yeni layihənin başlanmasına dair müqavilə imzalanıb
Azərbaycanda kiçik ailə bizneslərinin inkişafına dəstəklə bağlı yeni layihənin başlanmasına dair müqavilə imzalanıb
14.12.2017 [10:04]
Dekabrın 13-də Azərbaycanın Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsi ilə bağlı yeni layihənin başlanması məqsədilə 1 saylı “ASAN xidmət” mərkəzində Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Aİ nümayəndəliyinin və “ASAN xidmət” rəhbərliyinin təmsilçiləri iştirak ediblər.
İnam Kərimov çıxış edərək deyib ki, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ABAD” publik hüquqi şəxsi ilə sıx əməkdaşlığı nəzərdə tutur. Bu iş birliyi Balakəndə regional “ABAD Mərkəz”ə geniş dəstək verməklə bölgələrdə yeni imkanların yaradılmasına töhfə verəcək, ölkədə müasir və dayanaqlı ailə biznes modellərinin formalaşmasına və inkişafına xidmət edəcək. 2020-ci ildə başa çatacaq layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs tərəfindən maliyyələşdirilir.
Agentliyin sədri qeyd edib ki, hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif xidmətlər vətəndaşlara daha rahat və əlverişli şəkildə təqdim olunur. Bu xidmətlər müxtəlif sahələri əhatə edir. Xidmətlərdən məmnuniyyətlik dərəcəsi 97 faizdir. “ASAN xidmət” dövlət orqanlarını və 25-dən çox özəl şirkəti əhatə edir. “ASAN xidmət”də 250-yə yaxın xidmət təklif olunur.
İnam Kərimov “ASAN xidmət”in vətəndaşlara təqdim etdiyi müxtəlif xidmətlər barədə də məlumat verib. “ABAD” barədə danışan sədr bildirib ki, “ABAD” beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu nümunəsidir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” publik hüquqi şəxs yarandığı vaxtdan ölkənin 17 regionunda olan 172 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərir. Bu dəstəklər davam edir və gündən-günə artır.
Bildirilib ki, 2018-ci ildə “ABAD” satış kanallarının genişlənməsinə, “ABAD”çıların və məhsul çeşidinin artırılmasına, həmçinin ixrac fəaliyyətlərinə hazırlığa keçidi planlaşdırır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək deyib ki, Aİ Azərbaycanın regionlarında kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsindən çox məmnundur. Layihə çərçivəsində icmalara əsaslanan ailə bizneslərinin və kənd yerlərində sahibkarlığın inkişafı istiqamətində Azərbaycanın göstərdiyi səylər dəstəklənəcək və təşviq olunacaq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına töhfə veriləcək. İrəli sürülən yeni təşəbbüs Şəki-Zaqatala iqtisadi zonasında əhalinin məşğulluq səviyyəsinin artırılması və bu regionda daha çox ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaq. “Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin necə səmərəli olduğunu müşahidə edirik. Artıq “ASAN xidmət” müasir Azərbaycanın simvoluna çevrilib. “ASAN xidmət” xalqa müxtəlif dövlət xidmətlərini və digər xidmətləri səmərəli şəkildə göstərir. Biz düşünürük ki, hər bir inkişaf etmiş ölkədə belə strukturun olması vacibdir. Biz Aİ ilə “ASAN xidmət”in uzunmüddətli və səmərəli əməkdaşlığına ümid edirik”, - deyə Kestutis Yankauskas qeyd edib. O, həmçinin bildirib: “Biz “ABAD”ın təcrübəsini öyrənməliyik və Avropa İttifaqının bir sıra layihələrində bu təcrübədən yararlanmalıyıq. “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı kimi Azərbaycan müxtəlif mexanizmlər vasitəsilə bu istiqamətdə fəaliyyətini uğurla həyata keçirir. Bu proqram dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığa da geniş imkanlar yaradır. Azərbaycan dövlət idarəçiliyinin modernləşməsinə xüsusi diqqət yetirir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “ASAN xidmət”in fəaliyyətini diqqətlə izləyir. Biz də müxtəlif sahələrdə “ASAN xidmət”lə əməkdaşlıq edirik”.
Qulam İshaqzai bildirib ki, BMT Azərbaycanda reallaşdırılan layihələrə daim dəstək göstərir. “ABAD”ın fəaliyyətinə də yaxından dəstək göstərildiyini vurğulayan Q.İshaqzai Masallıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığı çərçivəsində SYSLAB Təlim-Tədris və Qadın Resurs mərkəzlərinin açılışını, “ASAN Həyat” kompleksində “ABAD” layihəsinin təqdimatını qeyd edib.
Vurğulanıb ki, “ABAD”ın bu layihəsinin əsas məqsədi istehlakçıları istehsalçı ilə əlaqələndirməkdir. “ABAD” layihəsi Azərbaycanda sosial innovasiyadır. Əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, regional inkişafa dəstək verməkdir.
Qulam İshaqzai inklüziv və dayanıqlı inkişaf üçün xüsusilə kənd və rayon yerlərində sosial-iqtisadi həyatda qadınların rolu və gənclərin fəal iştirakının əhəmiyyətini vurğulayıb: “Biz ümid edirik ki, “ABAD” bu əlaqələrin qurulmasında əsas platforma olacaq”, - deyə o vurğulayıb.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai əməkdaşlıq müqaviləsini imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

