Bakıda İnsan Hüquqlarına dair Universal Bəyannamənin 70 illiyi ilə əlaqədar konfrans keçirilib
15.12.2017 [10:06]
Dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki nümayəndəliyi və Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə İnsan Hüquqlarına dair Universal Bəyannamənin (İHUB) 70 illiyi ilə əlaqədar konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, elmi dairələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Aytən Mustafazadə Azərbaycanda insan hüquqlarının qorunması tarixindən və inkişaf yolundan danışıb. O, həmçinin insan hüquqlarına, müasir dünyada sülhə, əmin-amanlığa olan təhdidlərdən, terror, separatizm, ekstremizm və ekoloji fəlakətlər kimi risklərdən qorunma problemlərindən, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin bu işlərdə vacib rolundan bəhs edib. İHUB-un qəbul edilməsinin 70 ilinin tamam olduğunu xatırladan A.Mustafayeva diqqətə çatdırıb ki, terrorizm və ekstremizm bu gün dünya üçün ən aktual problemlərdir. O deyib: “Azərbaycan da 25 ildən çoxdur ki, erməni terrorundan əziyyət çəkir. Terror bütün dünyanı təhdid edir. Ümid edirik ki, BMT bu problemlərin həllinə yardımçı olacaq və dünya ölkələri bu qurumun ətrafında sıx birləşəcək”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib: “Dünyada 500-dən artıq tərcümə olunan Universal Bəyannamə elan edildiyi gün olduğu kimi, bu gün də eyni aktuallığa malikdir. Dünyanın müxtəlif bölgələrindən olan hüquq və mədəni sahələrin təmsilçiləri tərəfindən işlənib hazırlanmış İHUB bütün xalqların və millətlərin ümumbəşəri dəyərlərini və ümumi nailiyyət standartlarını müəyyənləşdirir”.
İnsan haqları ilə bağlı verilmiş tövsiyələrə Azərbaycan tərəfindən əməl olunduğunu, öhdəliklərin icra edildiyini diqqətə çatdıran Qulam İshaqzai deyib: “Azərbaycan insan haqlarına olan hörmətini nümayiş etdirir. Azərbaycan insan haqları sahəsində BMT ilə birgə iştirak etmək niyyətində olduğunu bildirib və buna razılıq verilib. İnsan hüquqları Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. İnsanların hüquqlarının qorunması bizim hər birimizdən asılıdır”.
Sonra BMT-nin insan hüquqları üzrə ali komissarının videomüraciəti nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın “Azərbaycanda insan hüquqlarının qorunması sahəsində Ombudsman institutunun rolu”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “Ailə cəmiyyətin fundamental və təbii hissəsidir, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmalıdır”, Milli Məclisin deputatı Hikmət Məmmədovun “Bütün insanlar bərabər müdafiə olunmaq hüququna malikdirlər”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının “Azərbaycanda vətəndaşların dini etiqad azadlığı və onun qorunması istiqamətində atılan addımlar”, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Təhsil və maarifləndirmənin insan hüquqlarının qorunmasında rolu”, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquq departamentinin müdiri Rauf Məcidbəylinin “Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının insan hüquqlarının qorunmasında rolu”, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının əməkdaşı Naib Seyidovun “Müasir dövrdə uşaq hüquqlarının müdafiəsində çağırışlar” mövzularında məruzələri dinlənilib.
İHUB-un 70 illiyi ilə əlaqədar Azərbaycanda bir il davam edəcək kampaniyaya start verilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

