Bakıda ikinci milli BMT modeli konfransının açılış mərasimi keçirilib
19.12.2017 [10:04]
Dekabrın 18-də Bakıda ikinci milli BMT modeli konfransı (Milli MUN) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda diplomat qismində 20-dən çox ali təhsil müəssisəsindən və orta məktəbdən 250-dən çox gənc iştirak edib.
Konfransın açılışında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkəmizdə BMT modeli hərəkatı Prezident İlham Əliyevin 2014-cü il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində formalaşıb. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində reallaşdırılır.
Nazir vurğulayıb ki, tədbirin və layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT modeli (MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. Eyni zamanda, gənclərin qlobal siyasi müzakirələrdə fəallıqlarını dəstəkləmək üçün yeni platformaların yaradılması da tədbirin əsas hədəflərindəndir. Azərbaycanda BMT modeli hərəkatının əsası 2013-cü ildə qoyulub. İlk dəfə Azərbaycanda Milli MUN konfransı ötən il fevralın 20-23-də 350 gəncin iştirakı ilə keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 gənc dünyanın müxtəlif ölkələrində bu Milli MUN Modeli çərçivəsində konfranslarda iştirak ediblər.
Azad Rəhimov bildirib ki, əvvəllər Daşkəsəndə, Naxçıvanda, İsmayıllıda keçirilmiş BMT modeli üzrə konfranslar və yay məktəbləri gənclərin bir araya gəlməsində böyük rol oynayıb. Bu model gənclərə fərdi bilik və bacarıqlarını inkişaf etdirmələri üçün böyük dəstəkdir. Gənclər burada BMT ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər. Növbəti dörd gün ərzində gənclər aparılan müzakirələrdə və qaldırılan problemlərin həllində fəal olacaq, təkliflərini verəcəklər.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək bildirib ki, Bakıda keçirilən ikinci milli BMT modeli konfransı və ümumiyyətlə təşkilatın keçirdiyi belə simulyasiya oyunları layihələri böyük əhəmiyyət kəsb edir. Dünya ölkələrini sülh və dialoqdan yayındırmağa çalışan nifrət və zorakı amillərin geniş vüsət aldığı dövrdə ölkəmizin gələcək liderləri və öz sahəsinin peşəkarları həm çox yaxşı hazırlıqlı, həm də savadlı olmalıdırlar.
Şöbə müdiri deyib ki, BMT modeli konfransının və simulyasiya oyunlarının Azərbaycan gənclərinə və ümumiyyətlə dünyaya verəcəyi əsas töhfə belə beynəlxalq platformada bütün dünyanı narahat edən aktual problemləri müzakirə etmək, ortaq prinsiplər axtarışında olmaq, dözümlülük qabiliyyətinə yiyələnmək kimi dəyərlərdir. BMT Modeli simulyasiya oyunu dünyada baş verən problemlərlə yaxından tanış olmaqda gənclərə kömək göstərir və onları bu problemlərlə mübarizədə daha əzmkar olmağa sövq edir. Bunun nəticəsində ölkəmizin gənc liderləri yaşadığımız planeti daha yaxşı məkana çevirmək üçün səylərini daha ustalıqla və həvəslə yerinə yetirmək bacarığına sahib olurlar.
Konfransın müzakirə ediləcək əsas mövzuların dünyanı narahat edən siyasi, sosial-iqtisadi və ətraf mühitlə bağlı problemlərə dair olduğunu vurğulayan Yusuf Məmmədəliyev bildirib: “Dünya liderlərinin təsdiq etdikləri 2030-cu ilə qədər davamlı inkişaf gündəliyi təşəbbüsü bəşəriyyət qarşısında duran mövcud problemlərin həlli baxımından dünya dövlətləri tərəfindən irəli sürülmüş böyük irəliləyişdir. Gənclər bu layihənin fəal iştirakçıları olduğundan 2030-cu ilə qədər davamlı inkişaf gündəliyi həm də gənclərin gündəliyi adlandırıla bilər. Bu gün dünyada əvvəlki illərdən fərqli olaraq, gənclərin sayının çox olması gələcək inkişaf üçün misilsiz imkanlar yaradır. Biz gənclərin ideyaları və innovasiyaları sayəsində gələcəyimizi dəyişmək iqtidarındayıq. Belə tədbirlər gənclərin bilik və bacarıqlarını ortaya qoymaq, təcrübə mübadiləsi aparmaq onların qabiliyyətlərini nümayiş etdirmək və birgə səylərini ortaq problemlərin həllinə yönəltmək baxımından çox əhəmiyyətlidir”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Azərbaycanın təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları ölkəmizdə ikinci dəfə keçirilən bu tədbirin gənclərin inkişafı, onların qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Konfransın gənclərin həm milli, həm də beynəlxalq səviyyədə ölkə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalarına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıblar. Qeyd edilib ki, indiyədək BMT modeli hərəkatının genişlənməsi istiqamətində bir sıra işlər görülüb. Ali təhsil müəssisələrində BMT modeli haqqında təqdimatlar keçirilib, MUN klubları yaradılıb, universitet səviyyəsində və universitetlərarası konfranslar təşkil edilib, sosial media və kütləvi informasiya vasitələrində təbliğat işi aparılıb.
Çıxışlardan sonra konfransla bağlı “BMT modeli” adlı videoçarx nümayiş etdirilib.
Dekabrın 21-də başa çatacaq konfrans işini panel iclaslarla davam etdirib.
Qeyd edək ki, konfransın bütün iştirakçıları seçim, müsahibə və təlim mərhələlərindən keçiblər. Həmçinin BMT modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib. Konfrans çərçivəsində BMT-nin üç komitəsinin işi simulyasiya ediləcək, “BMT Təhlükəsizlik Şurası - Myanmadakı vəziyyət”, “Dünya Bankı - Kriptoməzənnənin statusu: perspektivlər və risklər” və “Dünya Səhiyyə Təşkilatı - iqlim dəyişikliyinin insan sağlamlığına təsiri” mövzularında müzakirələr aparılacaq. Azərbaycanın ali təhsil müəssisələrindən gənclərin qatıldıqları müzakirələrdə komitənin “Ən yaxşı nümayəndəsi”, “Ən yaxşı nümayəndə heyəti”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçısı” seçiləcək, qaliblərə sertifikatlar təqdim ediləcək.
BMT modeli gənclərə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası və bu təşkilatın digər qurumlarının işinin real həyatda simulyasiyasıdır. Bu modeldə gənclər təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparır və seçilən mövzu üzrə mövcud problemləri həll etmək üçün tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, qətnamə qəbul etməyə çalışırlar. BMT modeli iştirakçılara öz şəxsi və iş bacarıqlarını artırmağa imkan verən bir vasitədir. BMT modeli ilə məşğul olan zaman gənclər xarici dil, danışıq, təqdimat, əməkdaşlıq, rəsmi yazı və ünsiyyət bacarıqlarını inkişaf etdirir, BMT-yə daxil olan qurumlar və ölkələr haqqında, həmçinin müzakirə edilən mövzular barədə biliklərini təkmilləşdirirlər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

