/ / Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir
Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir
27.12.2017 [10:12]
Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli təbiətşünas alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə alimin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Görkəmli alim H.Əliyevin elmə, təhsilə verdiyi töhfələrdən, bu sahələrin inkişafında əvəzsiz xidmətlərindən danışan AMEA rəhbəri onun ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu deyib. Diqqətə çatdırılıb ki, akademik H.Əliyev zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda təmsil olunan alimin əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb.
Sonra AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təbiətşünas alimin həyat və fəaliyyətinə dair məruzə ilə çıxış edib. Akademik H.Əliyevin keçdiyi çətin, lakin şərəfli ömür yolundan danışan məruzəçi gənc alimlər üçün örnək olan bu ömrün yarım əsrdən çoxunun ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına və ekologiya məsələlərinə həsr edildiyini diqqətə çatdırıb.
Sonra ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun “Akademik Həsən Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda məruzəsi dinlənilib. Nazir təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onun mühafizəsinin təşkili sahəsində alimin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası ilə bağlı gördüyü işlərdən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Akademik Həsən Əliyev və UNESCO-nun MAB fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Həsən Əliyevin innovativ fəaliyyətinə toxunan məruzəçi onun UNESCO çərçivəsində “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin yaradılması təşəbbüsünü xatırladıb.
Konfransda Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Neron Babaxanov, Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev ömrünün 60 ilə yaxın bir dövrünü elmə həsr edən Həsən Əliyevin şəxsi keyfiyyətləri, təmənnasız xidmətləri, çoxtərəfli elmi, ictimai fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Daha sonra akademik Həsən Əliyev haqqında film nümayiş etdirilib.
Sonda mərhum akademikin oğlu, Əməkdar memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49

