/ / Bəhruz Quliyev: Azərbaycan mətbuatı 2017-ci ildə dövlətimizin inkişafı prosesində əhəmiyyətli uğurları ilə yadda qaldı
Bəhruz Quliyev: Azərbaycan mətbuatı 2017-ci ildə dövlətimizin inkişafı prosesində əhəmiyyətli uğurları ilə yadda qaldı
30.12.2017 [01:15]
“Yola saldığımız 2017-ci il Azərbaycan xalqı üçün bir çox əhəmiyyətli hadisələrlə yadda qaldı. Bu ilin əvvəlində Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi Onun vaxtında və dəqiqliklə atdığı çoxsaylı mütərəqqi addımlarından biri olaraq qiymətləndirilir”. Bu fikirləri yap.org.az saytına “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 2017-ci ildə əldə edilən nailiyyətləri şərh edərkən deyib.
“Ümumiyyətlə, dövlət başçımızın təşəbbüsləri sayəsində ölkəmizdə müxtəlif beynəlxalq konfranslar və forumlar keçirildi, İslam Həmrəyliyi Oyunları və s. tədbirlər baş tutdu”, - deyən Bəhruz Quliyev bildirib ki, məhz bu baxımdan, ölkəmiz İslam ölkələri sırasında təşəbbüskar olmağı ilə yanaşı, eyni zamanda, beynəlxalq aləmdəki liderlik mövqeyini ortaya qoymuş oldu: “İstər dünyada, istərsə də müsəlman ölkələrində sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində atılan hər bir addım öz müsbət nəticələrini vermiş oldu. Xüsusilə, mətbuatımız bu cür böyük tədbirlərin işıqlandırılmasında, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında öz əhəmiyyətli rolunu oynadı. Qəzetlərdə və saytlarda, sosial şəbəkələrdə keçirilən bütün tədbirlər çox peşəkarlıqla ictimailəşdirildi. Əbəs deyil ki, Azərbaycanda baş verən ictimai-siyasi, mədəniyyət və idman hadisələri ilə bağlı dərc edilən məqalələr xarici media qurumlarında da yayıldı”.
Bəhruz Quliyev onu da qeyd edib ki, ötən il ərzində digər sahələrlə yanaşı, mətbuatımızın inkişafı istiqamətində də ardıcıl, davamlı və uğurlu addımlar atıldı. “Ümumiyyətlə, qeyd edilənlərlə yanaşı, media sahəsi dinamik şəkildə fəaliyyət göstərdi”, - deyə vurğulayan Bəhruz Quliyevin sözlərinə görə, bu, ilk olaraq Azərbaycan mətbuatının daha böyük tərəqqiyə nail olmasının göstəricisi kimi qiymətləndirilə bilər: “Çünki Azərbaycan dövləti bu sahəyə kifayət qədər diqqət və qayğısını göstərməkdədir. Belə ki, həyata keçirilən dövlət siyasətinin işıqlandırılması həm də bu siyasətin tərkib hissəsi olaraq anlaşılır. Belə olan halda, ölkəmizdə mətbuatın daha böyük nailiyyətlərə imza ata bilməsi üçün ölkə rəhbərimiz tərəfindən zaman-zaman mühüm qərarlar verilməkdədir. Təbii ki, mətbuat da öz növbəsində ona göstərilən diqqət və qayğı qarşılığında dövlətimizin inkişaf prosesinə qoşulmaqla və dünyada bunun real mənzərəsini yaratmaqla, peşəkarlığını artırmaqla öz töhfəsini verir. Yəni, mətbuat cəmiyyətin güzgüsü olmaqla həm də maarifləndirici bir sahədir. Cəmiyyətin maarifləndirilməsində mühüm yeri və rolu olan Azərbaycan mətbuatı fəaliyyəti ilə bunu təsdiq edib. Beləliklə, yola saldığımız ildə dövlətimizin inkişafı və tərəqqisi prosesində mətbuatımız üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlib”.
“Bu il mətbuat işçiləri üçün ikiqat bayram və sevinc hissləri ilə də yadda qalıb”, - qeyd edən Bəhruz Quliyev Prezident İlham Əliyevin Sərəncamı əsasında jurnalistlər üçün tikilən ikinci binadakı 255 mənzilin media təmsilçilərinin ixtiyarına verildiyini xatırladıb və bildirib ki, bu, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan növbəti addım idi: “Onu da xatırlatmaq istərdim ki, artıq üçüncü binanın inşasına başlanılıb və Prezident İlham Əliyev jurnalistlərlə görüşdəki nitqində bu kimi sosial layihələrin davamlı xarakter alacağını xüsusilə vurğulayıb: “Ümumiyyətlə, bu layihə dünyaya bir yeni model olaraq təqdim edilib və bu kimi mükafatlandırma kütləvi olaraq reallaşdırılıb”.
Baş redaktor Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının yola salınan il ərzindəki uğurlu fəaliyyəti barədə fikir bildirib: “Əlbəttə, Azərbaycan jurnalistikasının inkişafında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun gördüyü işlər və əldə edilən uğurlu nəticələr də göz qabağındadır. Belə ki, 2008-ci ildə önə sürülən konsepsiyaya uyğun olaraq, mətbuatın fəaliyyəti stimullaşdırılıb, Fondun həyata keçirdiyi müxtəlif layihələr, çoxsaylı yazı müsabiqələri, araşdırma yazılarının işıqlandırılması cəmiyyətin maarifləndirilməsində, eləcə də jurnalistlərin peşəkarlıqlarının artırılmasında mühüm rolunu oynayıb. Həmçinin Mətbuat Şurasının da fəaliyyətində bir sıra uğurlar əldə olunub. Reketçiliklə mübarizə istiqamətində görülən işlər öz səmərəli bəhrəsini verib. Ümumiyyətlə, yola saldığımız ildə əldə edilən hər bir uğur növbəti uğurlara doğru atılan mütərəqqi addım kimi dəyərləndirilə bilər. Bu xüsusda tam əminliklə deyə bilərik ki, biz 2017-ci ili uğurla başa vurmaqla yanaşı, qarşıdan gələn 2018-ci ildə Azərbaycan mətbuatının daha böyük nailiyyətlərə imza atmış olacağı qənaətinə gələ bilərik”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31

