/ / Penitensiar Tarix Muzeyi Xidmətin zəngin və şərəfli tarixinin öyrənilməsində və təbliğində mühüm rol oynayır
Penitensiar Tarix Muzeyi Xidmətin zəngin və şərəfli tarixinin öyrənilməsində və təbliğində mühüm rol oynayır
11.01.2018 [10:01]
Son illər Azərbaycanda cəza-icra siyasəti sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Penitensiar Xidmətdə çalışan kadrların peşəkarlıqlarının artırılması, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, azadlıqdan məhrum edilmiş şəxslərə göstərilən tibbi xidmətin və psixoloji yardımın yüksəldilməsi, məhkumların hüquq və azadlıqlarının təminatı, onların təhsilə cəlb olunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi və digər istiqamətlərdə mühüm uğurların əldə edilməsi ilə nəticələnib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya yeni vəzifələr qoyur.
AZƏRTAC xəbər verir ki, öz fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında quran Penitensiar Xidmətin çətin, lakin şərəfli və zəngin tarixini öyrənmək, həbs olunmuş şəxslərin və məhkumların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq, bu sahənin yaxşı ənənələrini qoruyub saxlamaqla varisliyi təmin etmək, kadrların gənc nəslini bu sistemin qabaqcıl ənənələri ruhunda tərbiyə etmək baxımından Penitensiar Tarix Muzeyi mühüm əhəmiyyət kəsb edir.
Ədliyyə nazirinin müvafiq əmri ilə yaradılan muzey neçə illərdir fəaliyyət göstərir. Ən maraqlısı odur ki, bu muzey hər hansı mütəxəssislər tərəfindən deyil, Penitensiar Xidmətin bir qrup əməkdaşı tərəfindən yaradılıb.
Yeddi bölmədən ibarət muzeyin ekspozisiyasına yüzlərlə müxtəlif sənəd, məhkumların hazırladıqları əşya, orden-medal və digər materiallar, eləcə də çoxsaylı fotoşəkillər daxildir.
Muzeyin sahəsinə görə ən böyük olan birinci bölməsi Ümummilli lider Heydər Əliyevin mənalı həyatına və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilib. Mərkəzdə Ulu öndərin abidəsi diqqəti cəlb edir. Zalda Heydər Əliyevin həyatının uşaqlıq, gənclik və sonrakı dövrlərini, o cümlədən dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illəri əks etdirən fotoşəkil və sənədlərdən ibarət eksponatlar, ədliyyə sistemi ilə əlaqədar fərman və sərəncamlarının surətləri nümayiş olunur.
Penitensiar Tarix Muzeyinin ikinci bölməsi Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən əsas stenddən, eləcə də Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin rəhbərliyinin müxtəlif tədbir və görüşlərinə dair fotoşəkillərdən ibarətdir. Bu zalda, həmçinin muzeyin fəxri qonaqlarının öz təəssüratlarını qeyd etmələri üçün xatirə kitabı da qoyulub.
Muzeydə diqqəti ən çox cəlb edən bölmələrdən biri də “Tariximizin qan yaddaşı” adlanır. Bu bölmə keçən əsrin 30-cu illərinin repressiyalarından, erməni terrorunun qurbanları olan azərbaycanlı və türk diplomatlardan, 20 Yanvar və Xocalı faciələrindən, Bakı metrosunda törədilən terror aktından, Dağlıq Qarabağ dəhşətlərindən bəhs edən eksponatlardan ibarətdir. Zalın mərkəzində xilaskar türk əsgərinə və Xocalı faciəsinə həsr olunmuş abidə var. Bölmədə türk dünyasının böyük öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün büstləri və onların sitatlarının yazıldığı lövhələr də böyük maraq doğurur.
Penitensiar Xidmətin veteranlarına həsr olunan dördüncü bölmədə vaxtilə bu qurumun rəisi olmuş Sovet İttifaqı Qəhrəmanı, general-mayor Səlahəddin Kazımovun, mühafizə alayının komandiri vəzifəsində xidmət etmiş Nəsib Əliyevin və bu xidmət sahəsinin bir sıra veteranlarının həyat və fəaliyyəti haqqında materiallar, onlara məxsus xüsusi geyim formaları və digər şəxsi əşyalar nümayiş olunur.
Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən digər bölmədə müxtəlif dövrlərdə Penitensiar Xidmətin strukturu, əməkdaşların idman nailiyyətlərini, Mühafizə Alayının, Konvoy Taborunun, müəssisələrin fəaliyyətini əks etdirən yazı və şəkillərdən ibarət stendlər, məhkumların əl işləri olan suvenirlər, müxtəlif dövrlərdə qüvvədə olan əmr və təlimatların nümunələri, ədalət ilahəsinin mərkəzdə yerləşdirilmiş heykəli və s. diqqəti cəlb edir. Zalda Ədliyyə Nazirliyinin futbol komandasının bayrağını, komandanın müxtəlif dövrlərdəki heyətlərinin fotoşəkillərini də görmək mümkündür.
Muzeyin altıncı bölməsi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə sisteminə dair sənədlərdən, o dövrün pul əsginaslarından, sovet hakimiyyəti illərində cəzaçəkmə sisteminə aid sənəd və şəkillərdən, xüsusi kontingentin geyim forması nümunələrindən, cəzaçəkmə müəssisələrində istehsal olunan əşyaların nümunələrindən, həbsxana kamerasının və cəzaçəkmə müəssisələrinin nəfis şəkildə və dəqiqliklə işlənmiş maketlərindən ibarətdir. Gəncədə inşa olunan qarışıq rejimli cəzaçəkmə müəssisəsinin, Qobustan həbsxanasının maketləri də diqqəti cəlb edir.
Sonuncu - yeddinci bölmə qədim zamanlarda və orta əsrlərdə həyata keçirilən cəza növlərini əks etdirən maketlərdən, Bayıl həbsxanasının yüksək dəqiqliklə işlənmiş maketindən, sovet dövründə və ondan əvvəl Azərbaycanın müxtəlif bölgələrində yerləşən həbsxanaların qalıqlarına dair fotoşəkillərdən ibarətdir.
Bir sözlə, muzey Penitensiar Xidmətin çətin, lakin şərəfli və zəngin tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Bu baxımdan muzey üçün tarixi əhəmiyyət kəsb edən sənəd və materialların toplanması işi daim davam etdirilir.
Penitensiar Tarix Muzeyinin bu qurumun zəngin irsinin təbliğində önəmi nəzərə alınaraq Penitensiar Xidmətə işə qəbul olunan orta və kiçik rəis heyətinin, tədris mərkəzində kurs keçən müxtəlif xidmət sahələrinin əməkdaşları da tədris proqramı çərçivəsində muzeylə tanış edilirlər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12

