Məktəblər dərsliklərlə tam təmin edilib
27.08.2009 [01:09]
Yeni tədris ilinin başlanmasına 20 gün qalıb. Növbəti dərs ilinə hazırlıqlar başa çatmaq üzrədir. Geyim, məktəb ləvazimatları, tədris binalarının təmiri və tikintisi üzrə işlər də yekunlaşır. Məktəbli üçün ən vacib vəsait - dərsliklər artıq məktəblərə paylanıb və bu proses davam edir. ölkəmizdə dərslik siyasəti “ümumi təhsil sistemində dərslik siyasəti” sənədi ilə tənzimlənir və bu sənədə əsasən, bütün təhsil ocaqları şagirdlərin sayına görə dərs vəsaiti ilə pulsuz təmin edilir.
Təhsil Nazirliyinin Dərsliklər və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının sözlərinə görə, növbəti tədris ili üçün dərsliklərin hazırlanmasına may ayından başlanıb. Artıq regionlar da dərsliklərlə təmin edilib. Sonuncu mərhələdə isə kurikulum əsasında hazırlanan II sinif dərslikləri çap edilib. Müqaviləyə görə, avqustun 20-də tam hazır olan bu dərsliklər artıq Naxçıvan, Xızı, Hacıqabul, Gəncə və Abşeron məktəblərinə göndərilib. ümumiyyətlə, 2009-2010-cu tədris ilinə ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün 87 adda 4.256.600 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap olunub. Bu sıraya II siniflər üçün kurikulum əsasında 40 adda 1.112.500 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik daxildir. Dövlət büdcəsindən təkcə dərs vəsaitləri üçün ümumilikdə 8 milyon manatdan artıq vəsait ayrılıb.
Prosedur qaydalara uyğun olaraq Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra keçid balını toplayan dərslik komplektləri çapa verilib. Yeni dərs ilinə qədər dərsliklər bütün ümumtəhsil məktəblərinə çatdırılacaq. 47 adda dərslik isə artıq məktəb kitabxanalarındadır. II-III sinif şagirdləri üçün kurikulum əsasında hazırlanan 40 adda kitab və müəllimlər üçün vəsaitin isə məktəblərə paylanması davam edir. F.Şahbazlı qeyd edib ki, Gürcüstan, Dağıstan, Qırğızıstan və ümumiyyətlə, dünyada fəaliyyət göstərən bazar günü məktəbləri üçün də dərsliklər hazırlanacaq. Bunun üçün hazırda həmin məktəblərin ehtiyacları öyrənilir. Gürcüstanda isə bu proses 1994-cü ildən başlanıb: “Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən, 1994-cü ildən etibarən Gürcüstanın təlim Azərbaycan dilində olan məktəbləri I-XI sinif dərslikləri və dərs ləvazimatları ilə pulsuz təmin edilirlər. Bu iş Prezident İlham Əliyevin tapşırığına əsasən davam etdirilir. 1998-2007-ci illər ərzində Gürcüstandakı Azərbaycan məktəbləri üçün 437103 ədəd I-XI sinif dərsliyi göndərilib. 2004-cü ildə Gürcüstana humanitar yardım kimi göndərilən 61707 nüsxə dərsliyin 6000 ədədini Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hədiyyə edib. Dağıstanın Azərbaycan məktəblərinə də bu illər ərzində 70150 nüsxə “Əlifba”, “Azərbaycan dili”, “Oxu” və “Ədəbiyyat” dərslikləri humanitar yardım kimi göndərilib”.
F.Şahbazlı onu da deyib ki, ölkədə dərslik siyasəti daim dövlətin diqqət mərkəzində olub: “ümumiyyətlə, ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanması məsələsi həmişə diqqətdə saxlanıb və bu ənənəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Son illərdə təlim Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün 359 adda yeni dərslik hazırlanıb, dövlət vəsaiti hesabına çap olunaraq istifadəyə verilib. Dərsliklərin nəşri və çapı işləri ölkə Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə təsdiq edilib və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na uyğun olaraq 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirilib”.
F.Şahbazlının sözlərinə görə, məktəb kitabxanaları yalnız dərsliklərlə deyil, lazım olan hər cür avadanlıqlarla da təmin edilir. Prezident İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamından sonra məktəb kitabxanalarının da maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına diqqət artırılıb. ümumtəhsil məktəbləri üçün fənn proqramlarına uyğun olaraq Nazirliyin birbaşa sifarişi əsasında elektron tədris vəsaitləri hazırlanıb. “Azərbaycan tarixi” (Qədim və orta əsrlər dövrü), “Kimya” (Qeyri-üzvi kimya), “Biologiya” (Botanika və Zoologiya) və Fizika” (mexanika və molekulyar fizika) fənləri üzrə multimedia sisteminə dair disklər, metodik vəsaitlər və plakatlar hazırlanıb. Bu işin davamı kimi “Azərbaycan tarixi” (yeni və müasir dövr), “Biologiya” (“İnsan” və “ümumi biologiya”), “Kimya (üzvi və ümumi kimya) və “Fizika” (elektrodinamika, optika və atom fizikası) fənləri üzrə disklər, metodik vəsaitlər və plakatlar hazırlanıb: “Təhsilin məzmununda aparılan islahatlar və dünya təcrübəsi göstərir ki, dərsliklər yeni, daha səmərəli məzmun və forma tələb edir. Məhz bu istiqamətdə yeni fənn kurikulumları təsdiq edilib və ötən dərs ilindən I siniflərdə həmin kurikulum əsasında hazırlanmış dərslik komplektlərinin tətbiqinə başlanılıb”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50

