20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərdə yaşayacaq
20.01.2018 [01:26]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 19-da komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səslənməsindən sonra məktəblilər 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan şeirlər söyləyiblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi səkkiz il keçir. Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb.
Komitə sədri qeyd edib ki, 20 Yanvar gecəsində sovet hərbçiləri küçəyə çıxan dinc sakinləri, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları qətlə yetirirdilər. Bu qətli törədənlərin məqsədi Azərbaycan xalqını qorxutmaq, onları mübarizə meydanından çəkindirmək idi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri, eyni zamanda, müxtəlif millətlərin nümayəndələri də olub.
Hicran Hüseynova vurğulayıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb.
Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışıb. O qeyd edib ki, bu qanlı cinayət insanlığa qarşı terror aktıdır. 1990-cı ilin Qanlı Yanvar faciəsi heç vaxt unudulmayacaq, bu yolda canlarından keçən şəhidlərimiz daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.
Tədbir çərçivəsində 20 Yanvar hadisələrindən zərər çəkmiş 22 ailəyə ərzaq yardımı edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

