Azərbaycan dövləti məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir
06.02.2018 [10:01]
Qubadlı rayon İcra Hakimiyyətində 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Qubadlı rayonundan olan məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində aparılan işlərin 2017-ci ildə də diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bildirilib ki, ötən il 2300 köçkün ailəsi yeni mənzillərə köçürülüb. Belə ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməyi ilə köçürülmələr zamanı 15 Qubadlı ailəsi də yeni mənzillərlə təmin olunub. M.İsaqov qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi açılıb və məcburi köçkünlərin istifadəsinə verilib. Eləcə də məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin daim diqqətində saxlanılıb və bu məqsədlə müəyyən layihələr həyata keçirilib. Vurğulanıb ki, fərdi evlərin tikintisi məqsədilə 36 ailə üçün yerli icra orqanları və bələdiyyələrin icazələri alınıb. Sumqayıtın Z.Tağıyev qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı ərazidə sakinlərin müraciəti əsasında məhəlləarası yollara 450 kvadratmetr asfalt örtüyü salınıb və həmin ərazidə sakinlərin rahatlığı üçün avtobus dayanacağı quraşdırılıb.
Bundan başqa, 2017-ci ildə rayonun büdcə vəsaitindən səmərəli istifadə olunması üçün ardıcıl iş aparılıb. Hesabat ilində rayon üzrə 2 milyon 489 min manat ümumi gəlir proqnozlaşdırılsa da, real gəlir nəzərdə tutulandan 1,1 dəfə çox olub. Qeyd olunub ki, ötən ildən etibarən respublika üzrə 33 rayon mərkəzi büdcədən dotasiya almır. Məcburi köçkün rayonları içərisində isə yalnız Qubadlı rayonu özünü maliyyələşdirmə imkanına malikdir.
Malik İsaqov rayonda işsizlik səviyyəsinin aşağı salınması istiqamətində görülən işlərdən də danışaraq qeyd edib ki, il ərzində 212 yeni iş yeri yaradılıb, rayon Məşğulluq Mərkəzində 525 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Mərkəzi icra orqanlarına müraciət edən 131 nəfər, o cümlədən 36 qadın işlə təmin olunub.
Diqqətə çatdırılıb ki, rayonun özünün torpaq sahəsinin olmaması kənd təsərrüfatı ilə məşğul olmaqda müəyyən çətinlik yaradır. Lakin rayon əhalisinin kənd təsərrüfatı işlərinə meyilli olmağı, xüsusilə son illər arıçılığın inkişafındakı nailiyyətlər, arı ailələrinin sayının 5 min 200-ə yaxınlaşması bu sahə üzrə potensialdan xəbər verir. Bundan başqa, baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Bu məqsədilə Çindən gətirilən 5 min ting Füzuli rayonu ərazisində, 500-ü isə Sabirabad rayonu ərazisində əkilib.
Məruzə ətrafında çıxış edən natiqlər dövlətimiz tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan, təhsil, səhiyyə və idman sahəsində əldə olunan nailiyyətlərdən, rayonda keçirilən mədəni kütləvi tədbirlərdən söz açıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

