/ / Ötən il Tərtər rayonunda sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 377,5 min manat olub
Ötən il Tərtər rayonunda sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 377,5 min manat olub
08.02.2018 [10:00]
Tərtər rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumata görə, yığıncaq iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2017-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal olunan məhsullara və videoslayda baxıblar.
Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 2017-ci ildə Tərtər rayonunda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilib. Rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunub.
Bildirilib ki, ötən il rayonda ümumdaxili məhsulun həcmi 254,1 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 28,4 faiz çoxdur. Sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 377,5 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 10,3 faiz artaraq 61 milyon 908,1 min manata çatıb. Ötən ildə 119 milyon 181,9 min manatlıq əsas fondlar istifadəyə verilib, əsas kapitala 140 milyon 228,3 min manat investisiya yönəldilib. 2016-cı ilə nisbətən investisiyaların həcmi 80,5 faiz, tikinti-quraşdırma işlərinin həcmi 60,8 faiz artıb. Rayonda 1308-i daimi olmaqla, 5008 yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.
Hesabat ilində Tərtər şəhərində 42 ədəd çoxmənzilli bina əsaslı təmir edilib, Tarix-Diyarşünaslıq Muzeyi, Bayandur kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 5 fərdi yaşayış evi tikilib istifadəyə verilib, Seydimli kənd tam orta məktəbinin binası əsaslı təmir olunub. Hazırda Poladlı əsas məktəbinin tikintisi, Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin əsaslı təmiri davam etdirilir.
Qeyd olunub ki, rayonda yolların təmiri və yenidən qurulması da diqqətdə saxlanılıb.
Ötən il rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi, Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə fərdi yaşayış evləri tikilib istifadəyə verilib. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən Şıxarx qəsəbəsi ərazisindəki “Marağa-150” abidəsi ətrafında abadlıq işləri başa çatdırılıb.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2016-cı ildə rayonun müxtəlif kəndlərində qazılmış 15 subartezian quyusu 2017-ci ildə istismara verilib, həmçinin 7 yeni subartezian quyusu qazılıb. Rayon üzrə 2017-ci ilin məhsulu üçün 26 min 36,4 hektar sahədə kənd təsərrüfatı bitkiləri becərilib.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3123 hektar sahədə pambıq becərilib, 8419,9 ton məhsul əldə edilib. Əvvəlki ilə nisbətən pambıq əkini 3 dəfə, məhsul istehsalı 3,6 dəfə çoxdur. İpəkqurdunun yem bazasını təmin etmək üçün son 2 ildə 124 min ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən keçən il 4610 kiloqram barama istehsal edilib.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və qarşıda duran vəzifələrdən danışılıb.
Bildirilib ki, 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmir edilməsi, Tərtər çayı sahilində 5 hektar ərazidə parkın tikintisinin davam etdirilməsi, Bayraq Muzeyinin, icra hakimiyyəti üçün yeni inzibati binanın, Olimpiya İdman Kompleksinin, xalçaçılıq emalatxanasının, Tərtər Su-Kanal İdarəsinin binasının, 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi, Tərtər-Quzanlı magistral avtomobil yolunun, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və 5 kəndin içməli su ilə təminatı layihələrinin icrası nəzərdə tutulub.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edib, rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar.
Sonda bir qrup fermer və sahibkara fəxri fərman verilib.
N.AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42

