Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Türk əməkdaşlıq qurumları TÜRKPA Katibliyində bir araya gəliblər

Türk əməkdaşlıq qurumları TÜRKPA Katibliyində bir araya gəliblər

10.02.2018 [00:59]

TÜRKPA, Türk Şurası, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Türk Akademiyasının dördüncü koordinasiya iclası keçirilib. Bu barədə AZƏRTAC-a TÜRKPA-nın Katibliyindən məlumat verilib.
Bakıda, TÜRKPA Katibliyində keçirilən iclasda Türk Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türk Akademiyasının daimi katibi Asxat Kessikbayev iştirak ediblər.
İclasın moderatoru olan TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov iştirakçıları Assambleyanın 2017-ci il üzrə fəaliyyəti, 2018-ci il üçün planları və layihələri barədə məlumatlandırıb.
Sonra türk əməkdaşlıq təşkilatlarının nümayəndələri öz fəaliyyətləri barədə danışıb, katibliklər arasında koordinasiya işi və məlumat mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı razılığa gəliblər.
Həmçinin tərəflər TÜRKPA-nın 10-cu, TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümləri və türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi də daxil olmaqla mühüm tədbirlərin birgə qeyd olunması kimi məsələlər barədə razılıq əldə ediblər.
Növbəti koordinasiya iclasının 2018-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ev sahibliyi ilə keçirilməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31