Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BJF "Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi" mövzusunda təlimlər keçirib

BJF "Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi" mövzusunda təlimlər keçirib

12.02.2018 [12:11]

Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təşkilatçılığı və Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Tiflisdə "Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi" mövzusunda təlimlər keçirilib. Təlimlərə Avropa Birliyinin "Şərq tərəfdaşlığı proqramı"na daxil olan ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının təmsilçiləri qatılıblar. Azərbaycandan tədbirdə BJF-nin yerli üzv təşkilatı - Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təmsilçiləri Teymur Zahidoğlu və  Nəzirə Nurullayeva iştirak ediblər.
Bu barədə açıqlama verən JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlim iştirakçılarına "araşdırmaçı jurnalistlər üçün planlaşdırma", "risklərin təhlili", "şəxsi təhlükəsizlik", "mənbələrlə işləmə prinsipləri",  "araşdırmaların aparılması üçün müasir metodlar" mövzusunda bilgilər verilib. 
Təlimləri uğurla başa vuran iştirakçılara "Təlimçi sertifikatı" verilib.  Azərbaycandan olan iştirakçılar da sertifikat alanlar sırasındadırlar.

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31