Azərbaycanda demokratik seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir
21.02.2018 [10:16]
Fevralın 20-də 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilib.
AZƏRTAC xəbər verir ki, kurslarda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev seçkilərin şəffaf şəkildə keçirilməsində dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyətin düşdüyünü deyib. MSK-nın üzvü təşkil edilən bu kursların böyük əhəmiyyətinin olduğunu qeyd edib.
MSK-nın üzvü Tofiq Həsənov bildirib ki, hər bir dövlət nümunəvi və demokratik seçkilərin keçirilməsi üçün öhdəlik daşıyır. Şəffaf seçkilərin keçirilməsi üçün isə həmin dövlət güclü hüquqi bazaya malik olmalıdır. Azərbaycanın bu prosesə tam hazır olduğunu deyən MSK üzvü dövlətimizin mükəmməl Konstitusiyaya və qanunvericiliyə malik olduğunu vurğulayıb. O bildirib ki, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün məntəqələrin əksəriyyətində veb-kameralar quraşdırılıb.
Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov qeyd edib ki, polisin əsas vəzifələrindən biri ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaqdır. Daxili İşlər Nazirliyi seçki prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində seçki komissiyaları ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərəcək.
Dairə seçki komissiyalarının sədrləri Mütəllim Balaqardaşov və İmran Qəmbərov çıxış edərək kursların əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, respublikamızda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza var. Ölkəmizdə demokratik seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir. Qarşıdan gələn seçkilər də tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.
Qeyd edək ki, 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə 37 seçki məntəqəsi təşkil olunub. Onların 14-də veb-kamera quraşdırılıb. 44 min 140 nəfərin adı seçici siyahısında qeydə alınıb.
14 saylı Xəzər seçki dairəsi üzrə isə 36 açıq, 5 qapalı seçki məntəqəsi təşkil olunub. Açıq seçki məntəqələrinin 10-da veb-kamera quraşdırılıb. 5 min 786 nəfər seçicinin adı siyahıya salınıb.
Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

