“Bakcell” şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb
08.03.2018 [08:27]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti, mobil sənayesinin paytaxtı olan Barselona şəhərində keçirilmiş Dünya Mobil Konqresində iştirak edib. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.
“Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers Dünya Mobil Konqresinin İdman və Əyləncə sammiti çərçivəsində “Müştəri Təcrübəsinin Təkmilləşdirilməsi” mövzusunda keçirilmiş panel müzakirələrinə qatılıb.
“Bakcell” öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edir. Biz inanırıq ki, innovativ texnologiyalar müasir və etibarlı şəbəkə ilə birlikdə bizim müştərilərimizə yüksək keyfiyyətli müştəri təcrübəsi təmin etmənin təməlidir”, - deyə Nikolai Beckers bildirib.
Panel müzakirələrində Nikolai Beckers ilə birgə “Active Ticketing” şirkətinin baş direktoru Li But, “O2” şirkətinin baş marketinq direktoru Nina Bibbi, “Globe” şirkətinin kontent biznesi üzrə vitse-prezidenti Jil Qo və “Barcelona” futbol klubunun əmlak məsələləri üzrə direktoru Uilyam Mannarelli də iştirak edib. Panel müzakirəsi zamanı sənaye liderləri mobil texnologiyanın müştəri xidmətinin keyfiyyətinə, özünəxidmət imkanlarının genişləndirilməsinə, infrastrukturun effektivliyinin artırılmasına və məzmuna çıxış imkanlarının təmin edilməsinə müsbət təsirindən söz açıblar.
Ənənəvi olaraq hər il keçirilən Dünya Mobil Konqresi (Mobile World Congress) telekommunikasiya sənayesi üzrə yeni əlaqələrin qurulması, yeni biznes və sövdələşmə imkanlarının yaradılması üçün dünyanın ən yüksək səviyyəli tədbiridir. Konqres çərçivəsində dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir, 2200-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur.
“Bakcell” şirkətinin nümayəndələri hər il olduğu kimi, bu il də 2018-ci ilin fevral ayının 28-dən mart ayının 1-nə qədər davam etmiş Dünya Mobil Konqresində fəal iştirak ediblər. Səfər zamanı şirkətin yüksək vəzifəli şəxsləri və aparıcı menecerləri ən son texnoloji yeniliklər və sənayənin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.
İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti Azərbaycan istehlakçılarının dünyanın ən son tendensiyaları və yerli bazarın tələblərinə uyğun olan ən son məhsul və xidmətlərdən yararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, “Bakcell” müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək müştərilərə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır.
Tədbirdən həvəskar çəkilişi buradan izləmək mümkündür: https://goo.gl/UMqiuN
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58

