/ / “Nizami və milli ədəbiyyat - mədəniyyət nəzəriyyələri dəyişən sərhədlər diskursunda” mövzusunda müzakirələr aparılıb
“Nizami və milli ədəbiyyat - mədəniyyət nəzəriyyələri dəyişən sərhədlər diskursunda” mövzusunda müzakirələr aparılıb
15.03.2018 [10:09]
Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə martın 14-də Bakıda işə başlayan “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” beynəlxalq elmi konfransı çərçivəsində “Nizami və milli ədəbiyyat - mədəniyyət nəzəriyyələri dəyişən sərhədlər diskursunda” mövzusunda bölmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin moderatorluğu ilə keçən iclasda mövzuya dair müzakirələr aparılıb. İ.Məmmədzadə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi görüşlərindən bəhs edib. Qeyd olunub ki, Nizami yaradıcılığı dərin elmi-fəlsəfi mahiyyət daşıyır. Onun əsərlərində dərin elmiliklə zərif poetizm yüksək səviyyədə vəhdət tapır.
İclasda Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva “Nizaminin yaradıcılığında irredentizm ədəbi ənənələrin prizmasında” mövzusunda məruzə ilə çıxış edib. Alim şairin milli kimliyinin müyyənləşdirilməsində əsərlərin yazıldığı dil, eposun hansı xalqa məxsus olması, ərazi və dövlət kimi amillərdən danışıb.
Tbilisi Dövlət Universitetinin professoru Irakli Kençoşvili Nizamidən Vaqifədək olan dövrdə Azərbaycan ədəbiyyatının gürcü ədəbiyyatına təsirindən söz açıb və fikrini konkret misallarla əsaslandırıb. Qeyd edilib ki, Azərbaycan aşıqlarının yaradıcılığı gürcü ədəbiyyatının yeni janrlarla zənginləşməsinə ciddi təsir göstərib.
Finlandiyanın Helsinki Universitetinin professoru Eero Tarasti Nizami irsinin müxtəlif aspektlərindən söz açıb.
Qazaxıstan Milli Universitetinin professoru Anuar Qaliyev Nizaminin əsərlərindəki bəşəri ideyalardan bütün millətlərin bəhrələndiyini deyib. Bildirilib ki, məhz buna görə bir çox millətlər Nizamini öz şairi hesab edir.
Bakı Slavyan Universitetinin prorektoru Rafiq Novruzovun “Yeddi gözəl Yan Ripkanın tərcüməsində” məruzəsi də maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

