Bu il Bakı Dövlət Universitetini beş minədək gənc bitirir
30.06.2018 [09:30]
İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib, məzunlar “Universitetim” şeirini oxuyublar.
Valideynə təşəkkür məktubu oxunduqdan sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib. Rektor Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməsindən, hərbi, mədəniyyət, idman, iqtisadiyyat və digər sahələrdə qazanılan uğurlardan danışıb. Elm və təhsil sahələrində həyata keçirilən layihələrdən söz açan rektor ölkə başçısının BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb, yubileyin UNESCO, İSESCO və bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən qeyd ediləcəyini söyləyib. Universiteti indiyədək 150 minədək tələbənin bitirdiyini deyən A.Məhərrəmov Ümummilli lider Heydər Əliyevin də bu ali təhsil ocağının dünya şöhrətli məzunu olduğunu xüsusi vurğulayıb.
Rektor təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun tələbələrinin sayının 22 mindən çox olduğunu bildirib. Qeyd edib ki, bu il universitetin 17 fakültəsini 5000-dək gənc bitirir. Onlardan 400 nəfərindən çoxu fərqlənmə diplomuna layiq görülüb. Hər il olduğu kimi bu il də magistratura imtahanlarında BDU məzunları respublikada ən yüksək nəticələr göstəriblər.
A.Məhərrəmov gənclərin Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümündə məzun olmalarının onların yaddaşında əbədi iz buraxacağını vurğulayıb.
Azərbaycanın dövlət himni səsləndirilib.
Rektor universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edib.
Məzunlar universitetdə keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə BDU-nun rəhbərliyinə, müəllimlərə minnətdarlıqlarını bildirib, bu ali təhsil ocağının adını daim uca tutacaqlarına söz veriblər.
Sonda rektor və tələbələr üzərinə “Məzun-2018” yazılmış şarı havaya buraxıblar.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

