Dini radikalizmlə mübarizədə ən səmərəli yollardan biri maarifləndirmədir
24.07.2018 [09:24]
Milli mənəvi dəyərlərimizin qorunub-saxlanılması, dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və dini ekstremizm kimi mənfi elementlərlə mübarizədə ən səmərəli yollardan biri maarifləndirmədir. Bu mənada dini icmaların da üzərinə böyük vəzifə və məsuliyyət düşür. Din xadimləri dini radikalizmə, xurafata gətirib çıxaran məsələlərin qarşısını almaqla yanaşı, gənc nəslin milli mənəvi dəyərlərə hörmət və ehtiram ruhunda yetişməsində fəal olmalıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 23-də Qaxda öz işinə başlayan “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusundakı seminar-müşavirədə səsləndirilib.
Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edəcək tədbirdə rayon üzrə qeydiyyatdan keçmiş dini icmaların üzvləri, din xadimləri, ağsaqqal və fəal gənclər, müvafiq yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, rayondakı mövcud dini durum və dini icmaların fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, Qax rayonu Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Hazırda rayonda 28 məscid mövcuddur və onlardan 16-sı fəaliyyət göstərir. Rayon ərazisində DQİDK tərəfindən qeydiyyatdan keçmiş 11 Azərbaycan və 2 gürcü dini icması var.
Ölkəmizdə hər kəsin etiqad azadlığının tam təmin olunduğunu, bütün dinlərə məxsus abidələrin təmir və bərpa edildiyini, yenilərinin tikildiyini vurğulayan Musa Şəkiliyev bildirib ki, Dövlət Komitəsinin keçirdiyi bu cür tədbirlər cəmiyyətdə dini bilgilərin artırılması və dini radikalizmlə mübarizə metodlarının təhlili baxımından çox əhəmiyyətlidir. Respublikada qəbul olunan qanunlar və normativ-hüquqi aktlar dini etiqad azadlığını təmin etməklə yanaşı, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır. Ancaq, əfsuslar olsun ki, son vaxtlar yeni qeyri-ənənəvi, radikal dini cərəyanlar peyda olub. Bu cərəyanların təsiri altına düşən vətəndaşların başqa ölkələrdə din adı altında müharibələrdə iştirak etməsi faktı var və bu, hamını narahat edir. Sevindirici hal odur ki, son illər belə hallar müşahidə edilmir və bunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə işlərinin böyük rolu var.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərindən danışıb. Qeyd edib ki, dünyanın bir çox ölkəsinin əziyyət çəkdiyi dini ekstremizmin Azərbaycana ayaq açmasına imkan vermək olmaz. Çünki təcrübə göstərir ki, müasir dövrdə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır. Ötən əsrin 90-cı illərində bizi milli kimliyimizə görə bölməyə çalışan maraqlı dairələrin, beynəlxalq güclərin cavabını xalqımız Ulu öndərin müdrikliklə əsasını qoyduğu Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməklə verdi.
Komitə rəsmisi deyib ki, Ulu öndər milli mənəvi dəyərlərimizə hər zaman həssaslıqla yanaşır və gələcək nəsillərin məhz bu dəyərlər əsasında, vətənpərvərlik ruhunda yetişdirilməsinə çalışırdı. Sevindirici haldır ki, bu gün dahi rəhbərin ideyaları Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğunlaşdırılmaqla həyata keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Qax bölgəsi üzrə qazısı Novruz Sadıqov çıxışında dövlətin müvafiq strukturlarının, həmçinin dindarların apardıqları məqsədyönlü iş nəticəsində son illər rayonda radikal qruplaşmalara qoşulanların sayının kəskin azaldığını, radikal düşüncəli insanların bölgədəki fəaliyyətlərinin son dərəcə zəiflədiyini diqqətə çatdırıb.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

