/ / Elmar Rzayev: Dindar olaraq sosial şəbəkələrdə ölkəmizdə dini mühitlə bağlı yayılan yanlış fikirləri pisləyirik
Elmar Rzayev: Dindar olaraq sosial şəbəkələrdə ölkəmizdə dini mühitlə bağlı yayılan yanlış fikirləri pisləyirik
01.08.2018 [09:31]
“Azərbaycan dünyəvi, tolerant dövlətdir. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələrinə bərabər münasibət göstərilir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Şəmkir məscidinin imamı Elmar Rzayev deyib.
E.Rzayev bildirib ki, dövlətimizin dini sahədə həyata keçirdiyi siyasət uğurludur. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün lazımi şərait yaradılıb. Ölkəmizdə müstəqillik illərində yüzlərlə məscid tikilib və əsaslı təmir olunub, eləcə də digər dinlərin daşıyıcıları üçün məbədlər fəaliyyət göstərir. Yəni bu baxımdan, Azərbaycan dünya ölkələri üçün nümunədir”.
E.Rzayev qeyd edib ki, bəzi qüvvələr ölkəmizdəki bu gözəl mühitə kölgə salmağa çalışırlar. Sosial şəbəkələrdə son vaxtlar bu istiqamətdə yanlış fikirlərin yayıldığını deyən imamın fikrincə, bütün bunlar ölkəmizin inkişafını istəməyən qüvvələrin əməlləridir. “Biz bir sıra müsəlman ölkələrində qanlı toqquşmaların şahidiyik. Din pərdəsi altında insanları bir-birilərinə qarşı qoyan qüvvələr var. Burada dini radikalizm əsas rol oynayır. Şükürlər olsun ki, Azərbaycanda sabitlik hökm sürür. Bəzi xarici dairələri də məhz ölkəmizdəki sabitlik, inkişaf narahat edir. Ona görə də, sosial şəbəkələrdə təxribat xarakterli fikirlərlə insanları çaşdırmağa çalışırlar”, - deyən Şəmkir məscidinin imamı İslam dininin sülh dini olduğunu və radikalizmi rədd etdiyini söyləyib.
“Biz dini radikalizmin əleyhinəyik və sosial şəbəkələrdə ölkəmizdə dini mühitlə bağlı yayılan yanlış fikirləri pisləyirik. Biz insanlarla görüşlərimizdə də sağlam dini maarifləndirmənin aparılmasının vacibliyini qeyd edirik və onları yanlış məlumatlara uymamağa çağırırıq. İnsanların dini radikalizm, ekstremizm, fanatizm və mövhumat kimi mənfi meyillərin təsiri altına düşməməsi üçün maarifləndirmə işlərinin əhəmiyyəti böyükdür. Sevindirici haldır ki, Azərbaycan cəmiyyətində, o cümlədən Şəmkir rayonunda da insanlar radikalizmi rədd edirlər. Yenə də qeyd edirəm ki, sosial şəbəkələrdə Azərbaycanda guya müxtəlif dinlər üçün şəraitin olmadığı, dindarların sıxışdırıldığı haqda deyilən fikirlərin heç bir əsası yoxdur. Ona görə də cəmiyyətimizi belə yanlış fikirlərlə aldatmaq mümkün deyil. Azərbaycan vətəndaşları, o cümlədən dindarlar dövlətimizin bu istiqamətdəki siyasətini dəstəkləyirlər”, - deyə imam vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

