/ / AHİK-in sədri: Sanatoriya və istirahət mərkəzlərimizdə dincəlmək istəyən əcnəbilərin sayı xeyli artıb
AHİK-in sədri: Sanatoriya və istirahət mərkəzlərimizdə dincəlmək istəyən əcnəbilərin sayı xeyli artıb
10.08.2018 [08:51]
Prezident İlham Əliyevin tapşırığına əsasən kurortların inkişafına dair dövlət proqramı hazırlanıb. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sanatoriyaların tikintisi və təmiri işlərini aparır. Hazırda sanatoriya və istirahət mərkəzlərinin 85 faizi konfederasiyanın balansındadır. Əksər obyektlərdə təmir-tikinti işləri aparılıb, bəziləri isə tamamilə yenilənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 9-da AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Nabranın istirahət mərkəzlərindəki şəraitlə tanışlıq zamanı məlumat verib.
Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzindəki yaşayış korpuslarını gəzib, yataq otaqları və infrastrukturla tanış olub.
Təbiət qoynunda salınmış istirahət mərkəzi eyni vaxtda 260 nəfərə xidmət edə bilir. 2013-cü ildə açılışı olan mərkəzdə təhsil işçilərinin dincəlmələri üçün müasir mehmanxana binası, kotteclər, mini stadionlar, üzgüçülük hovuzu, ilkin tibbi yardım otağı, internet-klub istifadəyə verilib. Ümumilikdə mövsüm ərzində burada 1500 nəfərə yaxın həmkarlar ittifaqı üzvü dincəlir.
AHİK-in sədri Nabranda belə bir istirahət mərkəzinin istifadəyə verilməsinin dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, həmkarlar ittifaqı üzvlərinin, onların ailələrinin sağlamlığına qayğı göstərilməsi, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkili istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
S.Möhbalıyev mərkəzdə dincələn insanlarla söhbət edərək buradakı şəraitlə maraqlanıb, onların rəy və təkliflərini dinləyib.
“İstirahət mərkəzlərinə edilən bu səfərin məqsədi buradakı şəraitlə yerində tanış olmaq, obyektlərin necə saxlanılmasına, xidmət səviyyəsinə nəzarət etməkdən ibarətdir. Özünüz də görürsünüz ki, burada bütün otaqlar soyuducu və kondisionerlə təmin olunub. Fasiləsiz enerji təminatı üçün generatorlar var. Sanatoriyalar bütün zəruri avadanlıqlarla, o cümlədən tibb məntəqələri, istirahət guşələri, idman qurğuları ilə tam təchiz edilib. Bir sözlə, həmkarlar ittifaqı üzvlərinin rahatlığı üçün hər bir şərait yaradılıb”, - deyə AHİK-in sədri qeyd edib.
Nabranda təhsil işçiləri ilə yanaşı, dəmiryolu, rabitə və digər dövlət qurumlarının həmkarlar ittifaqlarının da müasir standartlara uyğun istirahət mərkəzləri fəaliyyət göstərir. Hazırda mədəniyyət işçiləri üçün istirahət mərkəzi tikilir.
“Artıq bizim sanatoriyalara Rusiyanın müxtəlif bölgələrindən, Qazaxıstandan, İsraildən qonaqlar gəlir. Həmin turistlər çox razılıq edirlər. Onlar üçün Bakının və ətraf rayonların görməli, tarixi yerlərinə ekskursiyalar təşkil olunur. İndi sanatoriya və istirahət mərkəzlərimizdə dincəlmək istəyən xarici vətəndaşların sayı xeyli artıb. Birbaşa və ya internet vasitəsilə çoxsaylı müraciətlər alırıq. Əvvəlcədən yer sifariş vermək istəyirlər. Amma biz isti yay aylarında daha çox öz vətəndaşlarımızın istirahətini təmin etmək barədə düşünürük. Yəqin ki, danışıqlar aparıb sentyabrdan AHİK xətti ilə xarici qonaqlarımızı da qəbul edəcəyik. İstirahət mərkəzlərinin inkişafı ölkəmizə gələn xarici turistlərin çoxalmasına və bununla da büdcənin artmasına imkan yaradır. Turizm sahəsində inkişaf bu templə davam etsə, yaxın gələcəkdə Azərbaycanın bu sektordan gəlirləri neft gəlirləri ilə müqayisə oluna biləcək qədər arta bilər”, - deyə Səttar Möhbalıyev bildirib.
Sədr diqqətə çatdırıb ki, bütün bunlar Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının dirçəlməsi nəticəsində mümkün olub. AHİK-in də maliyyə imkanları məhz bundan sonra yaxşılaşıb. AHİK tərəfindən 20 mindən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və aztəminatlı insanlara yardım göstərilib, 5 min məktəblinin istirahəti təmin olunub, 15 min uşaq isə ailə üzvləri ilə birlikdə istirahətə göndərilib.
“Təhsil” istirahət mərkəzi ilə tanışlıqdan sonra AHİK sədri Nabranda yerləşən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının “Lokomotiv” və “Xəzər”, eləcə də Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonu ərazisindəki “Şəfa” istirahət mərkəzlərində də olub.
“Ülfət” istirahət mərkəzi səkkiz ildir ki, istifadəyə verilib. Dənizdən bir kilometr məsafədə yerləşən mərkəzdə kotteclər və üç ədəd ikimərtəbəli istirahət korpusu var. Burada eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insan istirahət edə bilir.
2008-ci ilin avqust ayında istifadəyə verilən “Lokomotiv” istirahət mərkəzində ilkin olaraq 80 nəfərlik üç istirahət korpusu, 200 nəfərlik yeməkxana tikilib. Təsdiq olunmuş tikinti-smeta layihə sənədlərinə əsasən, mərkəzdə əlavə kottectipli evlərin və böyük istirahət korpusunun tikintisi 2019-cu ildə başa çatdırılacaq. Hazırda “Lokomotiv” istirahət mərkəzində mövsüm ərzində 1000 nəfər həmkarlar ittifaqı üzvü dincəlir.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

