/ / Aşura günü Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməlidir
Aşura günü Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməlidir
11.09.2018 [09:11]
Sentyabrın 11-də müsəlman dünyasında hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayır. Məhərrəm tarixboyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib. Ancaq hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Masallı Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə şöbələrinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü ilə bağlı keçirilən tədbirdə danışılıb.
Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanları əməkdaşlarının, dini icma və bələdiyyə sədrlərinin, ərazi nümayəndələrinin, ağsaqqalların, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün ölkəmizin inkişafına böyük töhfə verib. Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi, ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların dinc-yanaşı yaşaması buna bariz nümunədir.
Qeyd olunub ki, ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün lazımi şərait yaradılıb. Humanizm və bəşəri ideyaları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayır.
Məhərrəmlik ayının başlaması ilə əlaqədar keçirilən dini mərasimlərə ciddi nəzarət edilməsinin vacibliyini vurğulayan R.Hüseynov zərərli təriqət üzvlərinin, dövlətçiliyimizin əleyhinə moizələr edən radikal “dindarların” aşkarlanıb cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunub, aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyələrini verib.
Diqqətə çatdırılıb ki, İmam Hüseyn tərəfdarlarının haqqın, mənəviyyatın saflığı uğrunda şəhadətə yetişdiyi bu müqəddəs günlər bədbinlik əhval-ruhiyyəsinin təlqini kimi deyil, Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməli, bu istiqamətdə təbliğ olunmalıdır.
Tədbirdə QMİ-nin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, din xadimi Əfraim Xəlilov, Masallı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev çıxış ediblər.
Çıxış edənlər Məhərrəm ayının Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi ay olduğunu vurğulayıb, əzadarlıq məclislərində zəncir vurub baş yarmaq, bədənə xəsarət yetirmək əvəzinə qanvermə aksiyalarının təşkilini humanist ənənə kimi dəyərləndirib, dindarları moizə və xütbələrdə Vətən təəssübünü, milli və dövlət mənafelərimizi uca tutmağa səsləyiblər.
Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, dini mərasim və ayinlər İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə, yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18

