Seçenov Universitetinin Bakı filialında “Bilik günü” qeyd edilib
18.09.2018 [09:56]
Sentyabrın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında “Bilik günü”nə və yeni tədris ilinin başlanmasına həsr olunmuş mərasim keçirilib.
Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Seçenov Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev, İ.M.Seçenov adına Birinci MDTU-nun Beynəlxalq Təhsil Mərkəzinin direktoru Dmitri Morozov, təhsil xidməti ixracı şöbəsinin müdiri Nikita Sokolov iştirak ediblər.
Tələbələri bu bayram münasibətilə təbrik edən Dmitri Morozov onlara uğurlar və yeni ideyalar arzulayıb.
Bakı filialının rektoru, professor Əziz Əliyev birinci kurs tələbələrini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, filialın yaranma tarixindən danışıb. Qeyd olunub ki, Seçenov Universitetinin Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında, habelə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Diqqətə çatdırılıb ki, filialın yaradılmasında məqsəd Azərbaycanda tibbi təhsili təkmilləşdirmək, bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələri genişləndirmək, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibbi təhsil müəssisələrində oxumaq arzusunu təmin etməkdir. Bakı filialında “Müalicə işi” ixtisası üzrə hazırlıqlar aparılır. Dörd kursda təhsil alan tələbələrin ümumi sayı 453 nəfərdir. Bu il ərizə verən abituriyentlərin sayı 234 nəfər olub. Qəbul imtahanlarının nəticələrinə görə 125 nəfər tələbə adını qazanıb.
Bakı filialının rəhbərliyinin tələbələrə daim öz dəstəyini göstərəcəyini qeyd edən rektor Ə.Əliyev deyib: “Biz ölkənin aparıcı tibb müəssisələri ilə müqavilələr bağlamışıq. Həmin tibb müəssisələrində Seçenov Universitetinin Bakı filialının tələbələri kliniki rotasiya keçəcəklər. Həmçinin müqavilə bağladığımız Rusiya, ABŞ və Almaniyanın tibb müəssisələrinə təhsildə seçilən tələbələr kliniki rotasiyaya göndəriləcəklər”.
Tədbirin sonunda rektor Əziz Əliyev tələbələrə dərslərində uğurlar diləyib.
Xəbər lenti
Hamısına baxElm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22

