/ / “ASAN xidmət” mərkəzində vətəndaşlardan qanunsuz pul tələb etməkdə şübhəli bilinən şəxslər barədə cinayət işi başlanılıb
“ASAN xidmət” mərkəzində vətəndaşlardan qanunsuz pul tələb etməkdə şübhəli bilinən şəxslər barədə cinayət işi başlanılıb
03.10.2018 [08:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar çərçivəsində uğurla icra edilən işlərdən biri kimi, son illər ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin qurulması, dövlət idarəçiliyində ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti, təcrübəyə və intellektə malik dövlət qulluqçularının müsabiqə əsasında seçilib yerləşdirilməsi, vətəndaşların məşğulluğu məsələlərində dövlət strukturları və peşəkar qurumlar arasında münasibətlərin inkişaf etdirilməsi, bütün sahələrdə peşəkar və səriştəli kadrların hazırlanması, qulluqda irəli çəkilmə üzrə şəffaflıq və rəqabətliliyin təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub. Bununla yanaşı, bəzi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” mərkəzində işə qəbulla bağlı vətəndaşlardan qanunsuz pul tələb edilməsi barədə Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Dövlət Agentliyi ilə birgə aparılmış araşdırmalarla Nurəddin Quliyevin Zakir Məmmədov və Yasin Məmmədov ilə bir qrup şəxs halında ayrı-ayrı tanışlarını vəzifəli şəxsə rüşvət verilməklə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən kənar “ASAN xidmət” mərkəzində işə qəbul etdirəcəyinə inandırıb ümumilikdə 20 min manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, istintaq zamanı N.Quliyevin qulluq mövqeyindən istifadə edərək “Ayla LTD”, “Elvin İnşaat Servis” MMC-lərinin təsisçisi Ədalət Zaidov və Rauf Əzizov ilə əlbir olaraq Məhərrəm Əliyevin evini banka girov qoyub 100 min manat pul alacağını vəd edərək, buna görə banka ilkin olaraq 15 min manat pul ödənilməli olduğunu bildirib, onların vasitəsilə sonuncudan həmin məbləğdə pulu ələ keçirib dələduzluq etməsinə də əsaslı şübhələr müəyyənləşib.
İstintaqla, həmçinin N.Quliyevin Ə.Zaidov və R.Əzizov ilə birlikdə tikinti layihəsinin həyata keçirilməsi üçün pula ehtiyac olduğunu yalandan İlqar Qədimova bildirərək, 18 min manat pulu alıb təkrarən dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə N.Quliyevə, Z.Məmmədova və Y.Məmmədova Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4-cü, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Y.Məmmədovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınıb, Ə.Zaidova isə həmin Məcəllənin 178.2.1-ci, 178.2.3-cü, 178.2.4-cü maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İstintaqdan yayındığına görə R.Əzizov barəsində axtarış elan edilərək sonuncu barəsində cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılıb. Digərləri barəsində isə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinin dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, Dövlət Agentliyi və tabeliyində “ASAN xidmət” mərkəzlərində işə qəbul şəffaf və qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək həmin şəxslər tərəfindən rüşvət tələb olunması və digər qanunazidd hallarla qarşılaşdıqları halda bu barədə təxirəsalınmadan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

