/ / Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
19.10.2018 [08:55]
Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının Ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.
Tədbirdə məlumat verilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur. Budəfəki yarışın oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə keçirilməsi təsadüfi deyil. Bu gün Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən 27 il keçir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, 1993-cü il iyunun ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin kövrək olduğunu göstərdi. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda sabitliyin və inkişafın başlanğıcı oldu. Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hər sahədə inkişaf etdi.
Qeyd edilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Azərbaycan İlahiyyat İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının komandaları bu il ilk dəfə olaraq müsabiqəyə qoşulublar.
Ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr bu il də müsabiqəyə hazırlıq məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan tarixinə, Ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.
Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.
Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, Ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib və mükafatlandırılıb.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.
İlk dəfə yarışmada iştirak edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının II kurs tələbəsi Polad Həbibov təəssüratlarını bölüşərək deyib: “Artıq bir neçə dəfədir intellektual oyunlarda iştirak edirəm, lakin belə miqyasda bir yarışda olmamışdım. Bundan böyük qürur hissi duyuram. Bu yarışma bizə Heydər Əliyev şəxsiyyəti, Ulu öndərin həyatı və irsi ilə daha yaxından tanış olmağa imkan verdi. Ümidvaram ki, maraqlı oyun keçəcək, bütün komandalara uğurlar arzulayıram”.
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Firudin Həmidli yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib: “Bu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla yaradılmış İlahiyyat İnstitutu bu yarışmada ilk dəfə iştirak edir. Yarışın Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması bizə xüsusi stimul verir. Bu yarışda daha həvəslə iştirak edirik. Komandamız bilik yarışmasına ciddi hazırlaşıb, özümüzə güvənirik və uğur əldə edəcəyimizə inanırıq”.
Bilik yarışında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalar mükafatlandırılıb.
Yarışın qalibi olan Dövlət Sərhəd Xidməti Akademiyasının IV kurs tələbəsi, kiçik çavuş Seyidəli Abbasov yarışa çox ciddi hazırlaşdıqlarını bildirib.
Ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin hər bir azərbaycanlı gənc üçün böyük fəxr olduğunu söyləyən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı Bəxtiyar Əlizadə yarışmada uğur əldə etdiklərinə görə çox sevindiyini deyib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

