/ / Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyi regionlarda ödənizşiz tibbi müayinələr aparır
Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyi regionlarda ödənizşiz tibbi müayinələr aparır
06.11.2018 [08:38]
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə Gəncə-Qazax regionunda ödənişsiz tibbi müayinələrə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək, vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.
Layihə çərçivəsində noyabrın 5-də Samux rayonunda təşkil olunan müayinələr Milli Onkologiya Mərkəzinin 14 nəfərlik həkim briqadası tərəfindən aparılıb. Aksiya tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin Samux Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib. Müayinələr Samux və ətraf rayonlardan 500-dən çox sakini əhatə edib. Müraciət edən region sakinləri qalxanabənzər vəzi, boyun şişləri, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrə cəlb olunub. Eyni zamanda, xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib. Ödənişsiz tibbi müayinələr noyabrın 6-da da davam edəcək.
Məlumat verilib ki, müvafiq tibbi müayinələr noyabrın 7-si və 8-də Gəncə şəhərində də aparılacaq. Noyabrın 9-da isə Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev tərəfindən Mərkəzi Klinika Gəncə Xəstəxanasında bəzi onkoloji xəstələrin ödənişsiz cərrahi əməliyyatı həyata keçiriləcək. Layihə çərçivəsində, eyni zamanda, noyabrın 10-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma” mövzusunda konfrans təşkil olunacaq.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi və Milli Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinə dəstək məqsədilə bu günədək Beyləqan, Ağcabədi, Qəbələdə və digər bölgələrdə də layihələr həyata keçirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59

