Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan İlahiyyat İnstitutu Rusiyanın ali təhsil müəssisələri ilə əlaqələr yaradır

Azərbaycan İlahiyyat İnstitutu Rusiyanın ali təhsil müəssisələri ilə əlaqələr yaradır

28.11.2018 [09:51]

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiyanın Perm vilayətində “Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə” mövzusunda keçirilən konfrans çərçivəsində Moskva İslam İnstitutunun və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə C.Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə önəm verdiyini vurğulayıb.
Görüşlərdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı olaraq ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, elmi-tədqiqat proqramları və layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Rusiyalı nümayəndələr məruzələrində bu əməkdaşlığın qurulmasından məmnun qaldıqlarını və birgə fəaliyyətin faydalı olacağından əminliklərini ifadə ediblər.
Görüşdə Moskva İslam İnstitutu ilə əldə edilmiş razılığa əsasən növbəti aylarda bu təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması məqsədilə Aİİ-nin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri nəzərdə tutulub.
Qeyd edək ki, Aİİ xarici əlaqələrin inkişafına böyük önəm verir. İnstitut növbəti günlərdə bir neçə xarici təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalamağı planlaşdırır.

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31