“Nar”dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək
30.11.2018 [10:16]
“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində sosial aksiyalarını davam etdirir. Mobil operatorun növbəti layihəsi fiziki məhdudiyyətli insanlara dəstəkdir. Belə ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədilə “Səssiz dünyaya körpü” adlı kitab nəşr etdirib. Kitab eşitmə və nitq məhdudiyyətli şəxslər, onların valideynləri və ailə üzvləri, gənclər, tələbələr və ümumiyyətlə, bu qrup insanlarla ünsiyyət qurmaq istəyən hər kəs üçün nəzərdə tutulub. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edəcək. Məlumat xarakterli vəsait sayəsində ailəsində bu cür fiziki məhdudiyyəti olan insanlar daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə, eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdıracaq məlumat xarakterli kitaba böyük ehtiyac var idi: “Bizim İctimai Birliyə bu kitab üçün çoxsaylı müraciətlər daxil olurdu. İnanıram ki, birgə əməkdaşlığımız sayəsində yeni üzlükdə çap edilən “Səssiz dünyaya körpü” kitabımızdan çoxlu sayda insan yararlanacaq və bu vəsait vasitəsilə eşitmə və nitq məhdudiyyətli insanların “səssiz dünya”larına səs salmış olacaqlar. Bizə bu işdə göstərdikləri böyük dəstək üçün “Nar”a təşəkkür edirik”.
“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Nar”ın dəstəyi ilə çap edilən bu kitabın eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların ailələri üçün yararlı olacağına inandığını bildirib: “Mobil Operator olaraq ünsiyyətin insanlar üçün çox önəmli olduğunu anlayırıq. Bizim təqdim etdiyimiz xidmətlər sayəsində insanlar məsafədən və məkandan asılı olmayaraq öz yaxınları və tanışları ilə ünsiyyətdə ola bilirlər. Əminəm ki, nəşr etdirdiyimiz “Səssiz dünyaya körpü” adlı kitab eşitmə və nitq məhdudiyyəti olan həmvətənlərimiz üçün yararlı vəsait olacaq və onlara daha çox ünsiyyətdə olmaq imkanı yaradacaq”.
Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. “Nar” fiziki məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi üçün bölgələrdə “Təlim məktəbi” təşkil edib, eyni zamanda, fiziki məhdudiyyətli insanların işlə təmin olunması üçün müxtəlif karyera sərgilərində iştirak edib. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, “Azerfon” şirkətində hazırda fiziki məhdudiyyətli şəxslər çalışırlar.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

