/ / Sumqayıtda bal və bal məhsullarının qablaşdırılması və arı yemi istehsalı müəssisəsinin açılış mərasimi keçirilib
Sumqayıtda bal və bal məhsullarının qablaşdırılması və arı yemi istehsalı müəssisəsinin açılış mərasimi keçirilib
30.11.2018 [10:21]
TİKA-nın dəstəyi, Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tikilmiş müəssisədə arıçılar tərəfindən istehsal edilən ballar “Dağ arıçıları” İctimai Birliyi tərəfindən qablaşdırılır və “Qarabağlı” markası altında satışa çıxarılır
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və “Dağ arıçıları” İctimai Birliyinin dəstəyi, həmçinin Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıtda bal və bal məhsullarının qablaşdırılması və arı yemi istehsalı müəssisəsi yaradılıb. Dünən Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində tikilmiş müəssisənin açılış mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, TİKA-nın nümayəndəsi Teoman Tiryaki, ASAN ABAD-ın direktoru Rüfət Elçiyev, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin mütəxəssisi Fəxrəddin Səmədov, rayonun idarə, müəssisə rəhbərləri və arıçılıqla məşğul olan şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ölkəmizdə arıçılığın inkişaf etdirilməsi məqsədi ilə son illərdə bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Qubadlı rayon sakinlərinin məskunlaşdığı ərazilərdə də arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq arı ailələrinin sayı 5 min 200-ə yaxınlaşıb. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan arı məhsullarının mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələlərinin də həyata keçirilməsi işinə artıq başlanılıb. Bu məqsədlə güzəştli kreditlər alınaraq Qubadlı sakinlərinin məskunlaşdığı yerlərdə yeni istehsal müəssisəsi yaradılır ki, bu da sakinlərin işlə təmin olunması və arıçılığın potensial imkanlarının daha da genişləndirilməsinə xidmət göstərir.
Qeyd olunub ki, arıçılığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib. Artıq subsidiyaların verilməsi işinə start verilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA-nın nümayəndəsi Teoman Tiryaki çıxış ediblər, müəssisənin açılışı ilə əlaqədar rayon arıçılarını təbrik ediblər. Daha sonra çıxış edən “Dağ Arıçıları” İB-nin sədri, arıçılıq üzrə mütəxəssis Yusif Quliyev müəssisənin fəaliyyəti barədə geniş məlumat verib.
Açılış mərasimindən sonra müəssisə ilə tanışlıq olub. Qeyd edilib ki, arıçılar tərəfindən istehsal edilən ballar müəssisədə “Dağ arıçıları” İctimai Birliyi tərəfindən qablaşdırılır və “Qarabağlı” markası altında satışa çıxarılır. İstehsal həcmi ildə 20 ton olan müəssisədə birinci mərhələdə məcburi köçkün arıçıların məhsulları bir marka ilə buraxılacaq. Həmçinin müəssisədə hər il 10 ton arı tortunun istehsalı da planlaşdırılır və arıçılara münasib qiymətə satılacaq.
Sonda tədbir iştirakçıları müəssisənin istehsal etdiyi arı məhsullarının sərgisi ilə tanış olublar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11

