AzMİU-da böyük şəhərlərin nəqliyyat infrastrukturuna dair müzakirələr aparılıb
30.11.2018 [10:23]
Noyabrın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) memarlığın əsasları kafedrasının təşkilatçılığı ilə “Böyük şəhərlərin nəqliyyat infrastrukturunun formalaşma və inkişaf problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova böyük şəhərlərin nəqliyyat infrastrukturunun formalaşma və inkişaf problemlərinə həsr olunan konfransın müasir dövrdə aktuallığına diqqət çəkib.
Rektor yol infrastrukturunun bu gün dövlətin əsas prioritet məsələlərindən biri olduğunu, ölkəmizdə nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini, dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini qeyd edib.
G.Məmmədova, həmçinin dünyada böyük şəhərlərin nəqliyyat infrastrukturlarının yaxşılaşdırılması, müasirləşdirilməsi yolunda irimiqyaslı layihələrin reallaşması istiqamətində aparılan işlərdə memarların da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Rektor söyləyib ki, Azərbaycan təhsilinin qarşısında duran vəzifələrdən biri universitetlərdə elm, innovasiya və təhsil mərkəzlərinin yaradılmasıdır. Onun sözlərinə görə, universitet adı altında mütləq elmi fəaliyyət və innovasiyalar dayanır. Yalnız 3 amilin bir yerdə olması, müasir tələblərə cavab verən, qarşısında duran vəzifələri həyata keçirməyə qadir olan böyük elmi təhsil müəssisəsini - universiteti formalaşdırır: “AzMİU yalnız ali təhsil mütəxəssisi hazırlamaqla kifayətlənməməli, bu sahənin elmi mərkəzinə çevrilməlidir. Bunu böyük elm-tədqiqat və layihə institutları, istehsalat müəssisələri ilə birgə həll etmək mümkündür”, - deyə rektor bildirib.
Son illərdə ölkədə nəhəng nəqliyyat layihələrinin həyata keçirildiyini söyləyən G.Məmmədova bu sahədə həllini gözləyən bəzi problemlərə də toxunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti artıq bir əsrə yaxındır ki, memarlıq və şəhərsalma sahəsində mütəxəssislərin yetişdirilməsində, zəngin elmi-tədqiqat bazasının formalaşdırılması və inkişafında aparıcı rol oynayır.
Aparat rəhbəri ölkəmizdə şəhərsalma fəaliyyətinin təşkilinin Prezident İlham Əliyevin xüsusi diqqətində olduğunu vurğulayıb.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin I katibi Fərhad Mollazadə respublikada son illər nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində görülən işlərdən, yeni layihələrdən söz açıb.
Konfransda, həmçinin AzMİU-nun memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyevin “Kompleks nəqliyyat sxemlərində sərnişin istiqamətləndirilməsinin modelləşdirilməsi”, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun “Böyük Bakının regional inkişafı şəraitində nəqliyyat sisteminin formalaşması” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə beynəlxalq müsabiqələrdə abidələrin bərpası, şəhərsalma, memarlıq və dizayn mövzularında yüksək nəticələr göstərmiş universitet tələbələrinə diplomlar təqdim olunub.
Daha sonra konfrans öz işini bölmələrdə davam etdirib.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

