/ / “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin növbəti qurultayı keçirilib
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin növbəti qurultayı keçirilib
21.12.2018 [09:37]
Dekabrın 20-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin növbəti qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Həmçinin icmanın yeni sədri və idarə heyəti seçilib.
İctimai Birliyin sədri Bayram Səfərov qurumun ötən dövrdəki fəaliyyəti barədə danışıb. Bildirib ki, İctimai Birlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və erməni separatizminin beynəlxalq aləmdə ifşası istiqamətində səylərini davam etdirir. Münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasət, həyata keçirilən genişmiqyaslı tədbirlər barədə maarifləndirmə işləri aparılıb. Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün düşmüş vətəndaşlarımızın hüquq və mənafeləri ilə bağlı müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib. Müntəzəm olaraq Xocalı soyqırımı, Qaradağlı faciəsi, Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər edilir.
İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, deputatlar Flora Qasımova və Elman Məmmədov icmanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində həyata keçirilən dövlət siyasətinə verdiyi dəstəkdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi sayəsində bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.
Qurultayda təşkilati məsələlərə də baxılıb. Tural Gəncəliyev “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Elçin Əhmədov və Asif Cahangirov isə sədrin müavinləri seçiliblər.
Sonda qurultay iştirakçıları adından dünya ictimaiyyətinə ünvanlanan bəyanat qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

