Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV hesabat-seçki konfransı keçirilib
27.12.2018 [09:44]
Dekabrın 26-da Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) IV hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib.
Konfransda ATGTİ-nin sədri Şahin İsmayılov İttifaqın 2015-2018-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizin yüz ali təhsil müəssisəsinin tələbə gənclər təşkilatını birləşdirən qurum tələbələrin fəallığının və təşəbbüskarlığının artırılması istiqamətində ardıcıl tədbirlər təşkil edib. Hesabat dövründə müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilib. ATGTİ-nin üzvləri beynəlxalq tələbə konfranslarında ölkəmizi uğurla təmsil ediblər.
Gənclər və idman naziri Azad Rəhimov hesabat dövrünün tələbə gənclər üçün bir sıra yeniliklər və uğurlarla zəngin olduğunu vurğulayıb. Nazir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yetişən tələbələrin sayı az olsa da, onlar ölkəmizin tarixində, dövlətçiliyin qurulmasında, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində silinməz izlər qoyublar. Azərbaycanda savadlı, peşəkar gənclərin yetişməsində, təhsilin inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edən A.Rəhimov deyib ki, dahi şəxsiyyətin təşəbbüsü ilə ötən əsrin 70-80-cı illərində gənclərimizin SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi proqramı strateji qərar idi. XX əsrin sonunda bu strategiya Azərbaycanın müstəqilliyinin bərpasında və onun qorunmasında mühüm rol oynayıb.
Nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin inkişaf prinsipinin “qara qızılın insan kapitalı”na çevrilməsi olduğunu bəyan edib. Məhz bu dövrdən etibarən gənc nəslin təhsili, sağlamlığı, təhsil müəssisələrinin, yeni ali məktəblərin yenidən qurulması və s. məsələlərə xüsusi diqqət yetirilməsinə başlanılıb. Bildirilib ki, 2005-ci ildə ali təhsil müəssisələrində yaranan tələbə gənclər təşkilatlarının əsasında 2009-cu ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təsis olunub. Bu gün respublikanın ən böyük gənclər təşkilatı olan İttifaq təkcə nazirliyin dəstəyi ilə 600-dən çox orta və irimiqyaslı layihə həyata keçirib.
Tələbələrin könüllülük fəaliyyətinin mühüm rolunu diqqətə çatdıran nazir bildirib ki, təkcə IV İslam Həmrəyliyi Oyunlarının təşkilində 8 mindən çox könüllü iştirak edib. Nazir onların fəaliyyətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayaraq, İttifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin qazanıldığını vurğulayıb. Ölkəmizdə gənclərin fəaliyyəti və inkişafı üçün əlverişli mühitin yaradıldığını diqqətə çatdıran Ü.Quliyev respublikanın aparıcı gənclər təşkilatları arasında ATGTİ-nin də fəallığı ilə seçildiyini bildirib. O, İttifaqın qarşıdakı dövrdə də uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib, quruma uğurlar arzulayıb.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Həmid Nəsirov bildirib ki, müxtəlif ali məktəblərdə pərakəndə şəkildə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətini əlaqələndirmək və gənclərimizin ictimai fəallığını daha da stimullaşdırmaq ATGTİ-nin əsas məqsədlərindəndir. Bu gün Azərbaycanda yüzlərlə gənclər təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi 35 mindən çox üzvü olan ATGTİ-nin bu baxımdan gənclər sektorunda ən böyük qüvvə olduğunu qeyd edib. H.Nəsirov ATGTİ-nin Gənclər və İdman, Təhsil nazirlikləri, Gənclər Fondu və digər aidiyyəti qurumlarla səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin gənclərin bütün sahələrdə irəli çəkilməsinə xüsusi önəm verdiyini vurğulayan H.Nəsirov qeyd edib ki, bu baxımdan gəncləri dövlət idarəçiliyində məsul vəzifələrə hazırlamaq mühüm məsələlərdəndir. Bu işdə gənclər təşkilatları, QHT-lər mühüm rol oynayırlar. Məhz bu amillər nəzərə alınaraq böyük struktura malik ATGTİ-nin rolu mühüm əhəmiyyət daşıyır.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında bildirib ki, ali təhsil müəssisələrində reallaşdırılan islahatlar tələbələr üçün geniş imkanlar açır. Dövlətimizin başçısı hər zaman gənclərə böyük diqqət və qayğı göstərir. Respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür. Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarlar hər zaman diqqət mərkəzində saxlanılır. Öz fəaliyyətini bu meyarlar əsasında quran ATGTİ bu sahədə mühüm tədbirlər həyata keçirir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği, gənclərin fəallığının gücləndirilməsi və s. vacib istiqamətlərdə ATGTİ-nin rolunu yüksək qiymətləndirib. Gənclər sahəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan S.Orucov deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində gənclərə böyük inam bəsləyir. Məhz bu baxımdan ölkəmizdə gənclər üçün ən yüksək şəraitin yaradılması istiqamətində mühüm Dövlət proqramları, strategiyaları qəbul edilir. ATGTİ də bu siyasətin həyata keçirilməsi işində fəallığı ilə seçilən nüfuzlu gənclər təşkilatlarından biridir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, qurumun sədri vəzifəsinə seçkilər keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov səsvermə nəticəsində bu qurumun sədri seçilib. Konfransda İttifaqın digər rəhbər qurumlarına da seçkilər keçirilib.
Faiq Məmmədov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıda duran hədəflərə çatmaq üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30

