Türkiyə-Azərbaycan əlaqələri xalqlarımızın qardaşlıq münasibətlərindən güc alır
05.01.2019 [16:39]
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərliyi ilə hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri, Qarabağ müharibəsi veteranları və media təmsilçilərindən ibarət nümayəndə heyətimiz Türkiyədə səfərdədi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Mersin vilayətinin Tarsus rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı və Ulu öndərin abidəsini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyətinin rəhbəri Emin Həsənli parkın salınmasını və Ulu öndərin burada abidəsinin ucaldılmasını Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin daha bir parlaq nümunəsi kimi dəyərləndirib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə Türkiyədə hər zaman böyük ehtiram göstərildiyini diqqətə çatdıran Tarsus rayon rəhbərliyinin nümayəndələri bu parka həm Türkiyə, həm də Azərbaycan tərəfindən daim böyük həssaslıqla yanaşıldığını, Ulu öndərin abidəsinin yerli ictimaiyyət və qonaqlar tərəfindən tez-tez ziyarət olunduğunu bildiriblər.
Azərbaycan və Türkiyə nümayəndələri daha sonra Tarsusun görməli yerlərini, tarixi məkanlarını birlikdə gəzib, məşhur Tarsus şəlaləsində olub, həmçinin ulu türk ozanı Qaracaoğlanın abidəsini ziyarət ediblər.
Sonra nümayəndə heyətini Mersin vilayətinin valisi Ali İhsan Su qəbul edib. Ölkələrimiz arasındakı dostluğun get-gedə daha da inkişaf etdiyini məmnunluqla dilə gətirən vali Mersin və Adananın qurtuluşunun 97-ci ildönümü təntənələrində iştirak edən Azərbaycan nümayəndələrinin bununla vilayət və şəhər rəhbərliyini, yerli ictimaiyyəti çox sevindirdiklərini diqqətə çatdırıb.
Ali İhsan Su Mersin vilayəti, eləcə də onun ayrı-ayrı bölgələri haqqında ətraflı məlumat verib, bu bölgənin Türkiyənin həm siyasi-tarixi, həm də çağdaş sosial-iqtisadi həyatında önəmli yer tutduğunu, öz limanı, bərəkətli torpaqları ilə ölkə iqtisadiyyatına, xalqına böyük töhfələr verdiyini bildirib.
Azərbaycan-Türkiyə münasibətlərində ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sıx dostluğunun müstəsna rol oynadığını deyən Ali İhsan Su qarşılıqlı təmasların daha intensiv hal almasını arzuladıqlarını bildirib, eləcə də müxtəlif əlamətdar günlərdə həm Azərbaycana, həm Türkiyəyə, o cümlədən Mersinə gediş-gəlişlərin artmasının hər iki tərəfdə məmnunluq doğuracağına inamını ifadə edib.
Nümayəndə heyəti adından çıxış edən Emin Həsənli səmimi qəbul üçün vilayət və şəhər rəhbərliyinə, həmçinin böyük qonaqpərvərlik üçün Mersin əhalisinə, onun ayrı-ayrı bölgələrinin ictimaiyyətinə minnətdarlığını bildirib. Mersində olduqları müddətdə şəhərin və vilayətin çox ciddi inkişaf etdiyini gördüklərini deyən E.Həsənli bu işlərdə Türkiyə hökumətinin, Mersin valiliyinin, eləcə də Böyükşəhər Bələdiyyəsinin, yerli bələdiyyə orqanlarının xüsusi fəallıq göstərdiklərini, bu işə böyük töhfələr verdiklərini bildirib.
Sonra qarşılıqlı şəkildə rəmzi hədiyyələr təqdim olunub.
Daha sonra Azərbaycan nümayəndə heyəti Mersin Böyükşəhər Bələdiyyəsinin başqanı Bürhanəddin Kocamazla görüşüb. Böyükşəhər Bələdiyyəsinin binasında nümayəndə heyətini qəbul edən B.Kocamaz 20 il Tarsusda bələdiyyə başqanı olduğu müddətdə Azərbaycanın tanınmış insanlarıyla sıx ünsiyyət qurduqlarını, qarşılıqlı səfərlər həyata keçirdiklərini bildirib. Bələdiyyə başqanı türk dünyasının birliyi üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin çox önəmli olduğunu, bu baxımdan, Mersinin də paytaxt Bakı ilə sıx əlaqələrə malik vilayət və şəhər olduğunu qeyd edib. Eyni zamanda bildirilib ki, Azərbaycan-Türkiyə əlaqələri xalqlarımızın qardaşlıq münasibətlərindən güc alır
Emin Həsənli isə öz növbəsində qonaqpərvərliyə, Mersin Böyükşəhər Bələdiyyəsində gördükləri diqqətə görə təşəkkürünü çatdırıb.
Mersinin ədəbiyyat şəhəri kimi məşhur olduğunu, ədəbi mükafatlardan birinin məhz bu vilayətin adı ilə bağlılığını məmnunluqla diqqətə çatdıran "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli Bürhanəddin Kocamazın uzun müddət rəhbərlik etdiyi Tarsusun bu baxımdan xüsusi yeri olduğunu deyib. Tarsusda ənənəvi Qaracaoğlan şeir axşamlarının təşkilini, eləcə də burada möhtəşəm tarixi-arxeoloji abidələrin bərpası və ziyarətə açılmasının həm B.Kocamazın, həm də yerli ictimaiyyətin mühüm xidməti olduğunu qeyd edən Seyfəddin Hüseynli özlərini burada Azərbaycandakı kimi hiss etdiklərini deyib.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

