/ / Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək verilməsinə dair layihə başa çatıb
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək verilməsinə dair layihə başa çatıb
25.01.2019 [09:50]
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək verilməsi məqsədilə keçirilən layihə başa çatıb.
Üç ay davam edən layihədə iştirak etmək üçün müraciət edən 168 nəfər əlilliyi olan şəxsdən 116-sı müsahibəyə dəvət olunub, onlardan 96 nəfər seçilib və 86 nəfər uğurlu karyera qurmaq üçün təlimlərə dəvət alıb. Altı qrupda keçirilən ingilis dili üzrə təlimlərdə 75, sosial bacarıqlar üzrə təlimlərdə 73, kompüter üzrə təlimlərə cəlb olunan 72 nəfərdən 59 nəfəri həmin bacarıqlara yiyələnərək sertifikat alıb. İştirakçıların demək olar ki, 85 faizi layihə müddətində yeni biliklərə yiyələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 24-də əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək layihəsinin yekununa həsr olunan tədbirdə “British Council” şirkətinin icraçı direktorunun vəzifəsini icra edən Nigar Baimova məlumat verib.
Onun dediyinə görə, layihə iştirakçılarının 22 nəfəri müxtəlif təşkilatlarda və özünüməşğulluq vasitəsilə işlə təmin olunub, 8 iştirakçı paytaxtın müxtəlif mehmanxanalarında təcrübə proqramlarında iştirak edib, 10 nəfər iştirakçı məşğulluq üzrə ilkin təkliflər alıb. Qeyd olunub ki, BP seçilmiş layihə iştirakçılarının beynəlxalq iş mühitinə cəlb olunaraq öz yeni bacarıqlarını tətbiq etmək və şirkətin heyətindən təcrübə qazanmağa imkan yaratmaq üçün xüsusi işə yerləşdirmə proqramı üzərində işləyir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək layihənin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıqdan, həmçinin layihənin məqsədi və yekunları barədə danışıb.
Keçən ilin sonunda başa çatan layihə barədə danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əlilliyi olan şəxslərin məşğulluq sahəsində həyata keçirilən layihənin əhəmiyyətini xüsusi qeyd edib. Onun verdiyi məlumata görə, ölkəmizdə əhalinin 5,5 faizini əlilliyi olan şəxslər təşkil edir. Təəssüf ki, onların yalnız 33,7 min nəfərə yaxını öz əmək qabiliyyətinə uyğun işlə təmin olunub. Özünüməşğulluq proqramlarına cəlb edilən 7267 nəfərdən 913 nəfəri əlilliyi olan şəxslərdən ibarətdir. Nazir müavini bu sahəyə diqqəti artırmağın vacibliyini də qeyd edib.
Layihənin iştirakçılarından Hacıbala Abdullayev təlimlər müddətində yiyələndikləri qabiliyyətlər və layihənin əhəmiyyəti barədə danışıb. Tədbirdə iştirakçılardan üç nəfərinin uğur hekayəti videoçarx vasitəsilə nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

