Gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət olunur
09.02.2019 [10:35]
Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, cəmiyyətin bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradılır. Eyni zamanda, son illər Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb, dövlətimizin başçısının təşəbbüsü ilə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul olunub, minlərlə gənc müxtəlif təşkilatlarda, o cümlədən “ASAN könüllülər” şəbəkəsində fəaliyyətə cəlb olunmaqla cəmiyyətimizin fəal üzvlərinə çevriliblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət siyasətinə uyğun olaraq, ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, mütəmadi görüşlər keçirilir. Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son beş ildə şəffaf seçimlər əsasında 2 mindən çox gənc hüquqşünas qulluğa qəbul olunub. Onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu məsul vəzifələrə irəli çəkilib.
Ümumilikdə, ədliyyə sistemində çalışan işçilərin təxminən 40 faizini gənclər təşkil edir. Hazırda qulluğa qəbulla bağlı müsabiqədə uğur qazanaraq Ədliyyə Akademiyasında keçirilmiş icbari təlimin nəticələri üzrə peşə fəaliyyətinə buraxılmış, əksəriyyəti gənclər olan daha 80-ə yaxın hüquqşünasın təyinatı məsələsinə baxılır. Eyni zamanda, ötən ilin sonunda nazirlik tərəfindən elan olunmuş növbəti açıq müsabiqədə iştirak etmək üçün 350-ə yaxın hüquqşünas ərizə ilə müraciət edib və onlarla test imtahanı keçiriləcək.
Həmçinin dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən könüllülər institutunun genişləndirilməsinə, gənclərə peşə vərdişləri aşılanmasına, onların ədliyyə sistemində təcrübə keçmələrinə daim diqqət yetirilərək nazirliyin kollegiyası tərəfindən 2016-cı ilin oktyabrında “Ədliyyə orqanlarında könüllülər institutunun təşviqi üzrə əlavə tədbirlər barədə” xüsusi qərar qəbul edilib.
Bununla əlaqədar ölkəmizin müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulub, gənclərlə çoxsaylı görüşlər keçirilərək 1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub. Onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər keçirilib.
Könüllülük institutunun təşviqi gənclərdə ədliyyə fəaliyyəti ilə tanışlıq, bu sahələrdə işləməyə həvəsin artırılması, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, məşğulluğunun təmin olunmasına şəraitin yaradılması, eləcə də kadr ehtiyatının formalaşdırılması məqsədi daşıyır. Hazırda bu sahədə fəaliyyətin daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün gənclərə bilavasitə nazirliyə müraciət etmək imkanı yaradılır. Bununla əlaqədar hüquqşünaslıq və informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət edilir.
Müraciətləri hr@justice.gov.az elektron ünvanı vasitəsilə və ya nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etmək mümkündür.
Əlavə məlumatları Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az) və (012) 537-05-90, 537-04-87 nömrəli telefonları vasitəsilə almaq olar.
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

