“UNEC-100” - Strateji idarəetmə
21.02.2019 [09:46]
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 100 illik yubileyinə qədər daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmağı hədəfləyib.
Bu məqsədlə “UNEC-100” İnkişaf Strategiyasında strateji idarəetməni tam şəkildə təmin etmək üçün stratefi hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. 2030-cu ilə qədər UNEC-də insan resursları, maliyyə resursları və informasiya resurslarının idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək, həmçinin idarəetmə strukturunu optimallaşdırmaq nəzərdə tutulub.
Strategiyada insan resurslarının idarəetməsində səmərəliliyin əldə olunması üçün akademik və inzibati heyətin formalaşdırılması, onların vəzifə təlimatlarının hazırlanması, peşəkar hazırlıqlarının inkişaf etdirilməsi, məmnunluq səviyyəsinin davamlı nəzarətdə saxlanılması fəaliyyət istiqamətləri kimi təsbit olunub. Eyni zamanda, əməyin motivasiya sistemlərinin davamlı təkmilləşdirilməsi, əmək haqlarının artımının inflyasiya səviyyəsinə uyğunlaşdırılması, karyera yüksəlişində performans göstəricilərinin nəzərə alınması da bu istiqamətdə həyata keçiriləcək fəaliyyətlər sırasındadır.
Strategiyaya əsasən, UNEC maliyyə resurslarının idarəedilməsində səmərəliliyi yüksəltmək məqsədilə universitetin maliyyə mənbələrinin diversifikasiya edilməsi və artırılmasını, sərbəst maliyyə resurslarının səmərəli investisiyalara yönəldilməsini, təhsil haqlarının müəyyən edilməsində sərbəstliyin əldə olunmasını, maliyyə resurslarının idarəedilməsində fakültələrin rolunun artırılmasını 2030-cu ilədək fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirib. Buraya, həmçinin, UNEC Tədqiqat Fondunun inkişaf etdirilməsi, UNEC İanə Fondunun təsis olunması, daxili və kənar audit mexanizmlərindən geniş istifadə edilməsi də daxil edilib.
UNEC-də İdarəetmənin İnformasiya Sisteminin qurulması, elektron xidmətlərin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsi, mobil tətbiqlərin dəstəklənməsi, “online” xidmətlərin çoxaldılması, ödənişsiz Wi-fi sahələrinin yaradılması, “Scopus” və “Ebsco” kimi elmi bazalara çıxışın təmin edilməsi informasiya resurslarının idarəedilməsində səmərəliliyin yüksəldilməsində fəaliyyət istiqamətləri kimi seçilib.
İnkişaf Strategiyasında UNEC-in 100 illik yubileyinədək universitetdə inzibati idarəetmə strukturlarının funksionallığının təmin olunmasının, meqafakültələrin formalaşdırılması prosesinin, eləcə də kafedraların departament sisteminə keçidinin tamamlanması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15

