KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
22.02.2019 [09:42]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri fevralın 21-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə görüşüb, Xidmətin fəaliyyəti ilə yaxından tanış olublar.
AZƏRTAC xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qonaqlara Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə qurumun fəaliyyətinin müasirləşdirilməsi və müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində gerçəkləşdirilən kompleks tədbirlər barədə məlumat verib. O bildirib ki, Xidmət üzərinə düşən vəzifələri qanunçuluq, humanizm, şəffaflıq prinsipləri əsasında həyata keçirərək insan və vətəndaş məmnunluğunun təmin olunmasını əsas hədəflər kimi müəyyənləşdirib. Xidmətin fəaliyyətinin prioritet istiqamətlərinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyatı, miqrasiya qaydalarına əməl etmələrinə nəzarətin həyata keçirilməsi, vətəndaşlığa qəbul, bərpa və xitam verilməsi, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyən edilməsi, qanunsuz miqrasiyaya qarşı səmərəli mübarizənin, habelə miqrasiya uçotunun təşkili, readmissiya məsələlərinin həlli və miqrasiya qanunvericiliyinin şərhi məqsədilə maarifləndirmə işinin aparılması və digər məsələlər aiddir. Miqrasiya proseslərinin daha çevik və mütərəqqi iş metodları əsasında tənzimlənməsi məqsədilə bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir. Məqsəd ölkəmizə gələn əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı məmnunluğunun təmin edilməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkişafının dəstəklənməsidir.
Vüsal Hüseynov miqrasiya sahəsində aparılan islahatların uğurlu nəticələri barədə ətraflı məlumat verib. O, 2018-ci ilin dekabrında Xidmətin “MİGAZ” mobil tətbiqinin istifadəyə verilməsini də mühüm yeniliklərdən biri kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsilə zəng və sorğuların cavablandırılmasını da həyata keçirmək mümkündür. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Tətbiqin istifadəsi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatına, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınmasına, məhdudiyyətin və müraciət statusunun yoxlanılmasına, onlayn ödəmə və növbəyə durmaya, “ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə mobil tətbiq üzərindən çıxış əldə etməyə imkan verir.
Xidmət rəisi vurğulayıb ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının müdafiəsi xüsusi diqqət mərkəzindədir.
Qısa müddətdə həyata keçirilən islahatların uğurlu nəticələr verdiyini deyən V.Hüseynov əlavə edib ki, 2017-2018-ci illərdə “ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni 68,98 faizlə Dövlət Miqrasiya Xidməti göstərib. O, Xidmətin fəaliyyətində səmərəliliyin daha da yüksəldilməsi üçün maarifləndirmə və məlumatlandırma işinin təşkilinə də xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə sosial şəbəkələrin imkanlarından istifadəyə xüsusi önəm verilir.
Sonra çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli görüşün təşkilində göstərdiyi dəstəyə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətindən söz açıb.
V.Səfərli ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısının nəticəsi kimi Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edildiyini bildirib. İcraçı direktor Konsepsiyadan irəli gələn vəzifələrin reallaşdırılması üçün dövlətimizin başçısının 2009-cu il 3 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını deyib. O, Fondun yaradılmasının xüsusən də çap mediasının üzləşdiyi problemlərin həlli baxımından əhəmiyyətini diqqətə çatdırıb.
İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 10 il müddətində qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib.
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə dövlət büdcəsi hesabına jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan V.Səfərli bunu dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib.
İcraçı direktor mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, Dövlət Miqrasiya Xidmətində təşkil olunmuş görüş KİV-lə bu Xidmət arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə ictimaiyyətin bu sahədə görülmüş işlər barədə dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov və başqaları Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində son aylarda qabarıq hiss olunan yenilikləri təqdir edərək Xidmətin yeni rəhbərinin müasir çağırışlara cavab verən islahatlarını vurğulayıblar. Çıxış edənlər Xidmətin tətbiq etdiyi yeniliklərin ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, turizm cəlbediciliyinin artırılması və ümumən milli təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətindən söz açıblar.
Xidmət rəisi V.Hüseynov daha sonra KİV rəhbərlərini maraqlandıran sualları cavablandırıb.
Fondun icraçı direktoru V.Səfərli sonda media ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib.
V.Hüseynov Xidmətin fəaliyyətinin media üçün daim açıq olduğunu vurğulayaraq kütləvi informasiya vasitələri ilə əməkdaşlığın vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçıları Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olublar. Xidmətin 24 saat fəaliyyət göstərən “Çağrı mərkəzi” və qəbul şöbəsinin işi ilə yaxından tanışlıq da qonaqlarda xoş təəssüratlar yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

