“Azercell”-in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir
07.03.2019 [10:07]
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən həyata keçirilən “I2B- İdeyadan Biznesə” layihəsi uğurla davam etdirilir. “Azercell Telekom” MMC-nin tərəfdaş qismində çıxış etdiyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının “İnkişaf Proqramı” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırlan layihə çərçivəsində bu ilin ilk startap turu Mingəçevir şəhərinə təşkil olunub. Mingəçevir şəhəri ilə yanaşı, Gəncə şəhəri, Şəki, Tərtər, Şəmkir, Ucar, Balakən, Yevlax və Ağdaş rayonlarından olan 100-dən çox gənc startap turuna qatılıb.
Tədbirdə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov çıxış edib. O, Azərbaycanda startap sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Bu kimi tədbirlərin yeni İT layihələrinin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznesə çevrilməsinə yardım etməklə yanaşı, həm də gənc startapçıların mentorluq dəstəyi, ölkədaxili və xarici investorlarla görüş kimi imkanlarla təmin olunmasına şərait yaratdığını diqqətə çatdırıb.
Mingəçevirdə baş tutan tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 8 komanda formalaşdırılıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər. Beləliklə, 1-ci yerə “Self”, 2-ci yerə “Way friend”, 3-cü yerə isə “SCash” layihəsi layiq görülüb.
Mingəçevirdən sonra növbəti startap turu Sabirabad rayonunda təşkil olunub. Sabirabad rayonu, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə 150-dən çox gənc qatılıb. Müzakirələrdən sonra münsiflər region üzrə 1-ci yerə “OSHE01”, 2-ci yerə “AVP”, 3-cü yerə isə “2SI” layihəsini layiq görüblər. Qeyd edək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda qalib gələcək ilk üç yerin sahibləri mükafatlandırılacaq, həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil və 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Bu il isə startap turları Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək.
“Azercell Telecom” MMC və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 il ərzində bir çox layihələrin həyata keçirilməsinə öz töhfəsini vermiş, 20-yə yaxın startapın müstəqil şirkətə çevrilməsinə kömək olmuşdur.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12

