“Hamiləlikdə İnkişaf Portalı”nın Gəncə şəhərində təqdimatı olub
08.03.2019 [09:15]
Martın 7-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə hazırlanan “Hamiləlikdə İnkişaf Portalı”nın (HİP) Gəncə şəhərində təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səhiyyə sahəsində aparılan islahatlardan, əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün yaradılan infrastrukturdan və həyata keçirilən maarifləndirmə tədbirlərindən söz açılıb. “Hamiləlikdə İnkişaf Portalı” layihəsinin Bakı şəhəri və regionlarda yaşayan gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maariflənməsi və sosial aktivliyinin artmasında faydalı olacağı bildirilib. Belə ki, portalda hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda informasiyalar toplanıb. Android və iOS əməliyyat sistemləri üçün istifadəyə verilmiş mobil tətbiqin əsas üstünlüyü isə ondan ibarətdir ki, burada qeydiyyatdan keçmiş qadınlara hamiləlik müddətinə uyğun həftəlik dəyişikliklər, eləcə də layihə çərçivəsində həyata keçiriləcək sosial tədbirlər barədə məlumatlar göndəriləcək.
Tədbirdə layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowomen”, Psixi Sağlamlıq Mərkəzi, Bakı Pilates Mərkəzi, Yoqa Şahi təşkilatları ilə əməkdaşlıq istiqamətlərindən də söz açılıb, iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Hamiləlikdə İnkişaf Portalı” layihəsi həm də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi olub.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

